95 yaşlı Şirməmməd Hüseynovdan 90 yaşlı Çingiz Hüseynova maraqlı - TƏBRİK

95 yaşlı Şirməmməd Hüseynovdan 90 yaşlı Çingiz Hüseynova maraqlı TƏBRİK

https://www.facebook.com/groups/458090628035596/ 

 

Modern.az saytı görkəmli alim və tədqiqatçı Şirməmməd Hüseynovun məşhur yazıçı Çingiz Hüseynova ünvanladığı ad günü təbrikini tarixçi Solmaz Rüstəmova Tohidiyə istinadən təqdim edir:

- Əzizim ÇİNGİZ, bu gün sən də ömrünün 9-cu onluğunu adladın. Keçdiyimiz bu həyat yoluna qiymət vermək fikrində deyiləm. Bu qiyməti biz vermirik.

Bütün bu illərdə səninlə dəfələrlə görüşmüşük, uzun söhbətlər etmişik, fikir bildirib, fikir eşitmişik. Nələr görmüşük, nələrdən keçmişik.

Amma sənin 90 yaşının tamamı xəbərini eşidərkən xatirimdə nə üçünsə 1950-ci illərin əvvəlləri-Moskva həyatı canlandı. Mən MDU-nun filologiya fakültəsinin aspirantı, sən tələbəsi idin. Yauza çayının sahilində, Universitetin Sıramınkadakı yataqxanasında qalırdıq. Yataqxana vaxtilə ll Yekaterinanın soldatlarının kazarmaları olmuş binada yerləşirdi. Bu kazarmaların ayrı-ayrı adlar və hadisələrlə bağlı zəngin tarixi vardı. Amma biz, azərbaycanlı tələbə və aspiranlar da bu binada bir “tarixi” iz qoyduq. Nəyi xatırlatdığımı tutdunmu ? Yəqin ki!

MDU-nun 25-30 nəfər azərbaycanlı tələbə və aspirantı yığışıb yataqxananın yeməkxanasını bağlatmışdıq və Çingizlə Mariyaya toy edirdik. Özü də əsl Azərbaycan toyu!

Bəyi və gəlini xərcə salmamışdıq, kimin nə pulu vardı, son qəpiyinə qədər ortaya qoymuşdu. Gözəl, şən bir məclis qurulmuşdu. Evlənənlərin sağlığına deyilən təbriklərin, arzuların və qaldırılan badələrin sayı yox idi. Qonaqların əksəriyyəti cavan, yeyib-içən oğlanlar olduğundan süfrəmiz hər cəhətdən bol idi.

Toy başa çatdıqdan və bəylə gəlini yola saldıqdan sonra biz, toyun təşkilatçıları, qərar qoyduq ki, indi yorulmuşuq, səhər gələrik, boş içki butulkalarını yığarıq, aparıb təhvil verərik və heç olmasa günorta yeməyinə bir az pul əldə edərik.

Səhər saat 8-də biz yeməkxanaya gələndə məlum oldu ki, Çingizlə Mariya bizdən əvvəl, saat 7-dən gəlib bütün butulkaları yığıb aparıblar !

Bax belə, Çingiz! Halal xoşun, amma indiyədək mənimçün bu sual qalır, sən özün belə zirək idin, ya bu fikir Mariyanın ağlına gəlmişdi?!

Əziz dostum! O məclisdə iştirak edənlərin çoxu bu gün artıq həyatda yoxdur. Tale bizim boynumuza keçən əsrin 50-ci illər gəncliyinin ən gözəl, ən təmiz arzu və niyyətlərini özümüzlə gətirib bu günki nəsillərə çatdırmaq vəzifəsi qoyub. Sən bu işi böyük istedadın, yüksək mənəvi əxlaqın və öz həyat amalına sədaqətinlə yerinə yetirmisən. Bu gün sənin yalnız öz əvəzinə deyil, uzaq gəncliyimizin və dünyasını dəyişmiş ziyalı dostlarımızın da adından danışmağa tam haqqın vardır. İndiki gəncliyin ağsaqqal, nümunə, ziyalı axtarışında Sənin adın birinci cərgədə birinci durur.

Bundan o yana sənə və özümə nə arzu edə bilərəm... Can sağlığı və heç olmasa bir dəfə də Bakıda görüşmək, söhbətləşmək fürsəti!

Təbrik edirəm, əziz qardaşım!

P. S. Bu toy xatirəsini eşidəndə Böyük İnsanların hətta 95 yaşında da gənc, nikbin ruhunu saxladığına bir daha heyran qaldım. Tanrı Aspirant və Tələbədən Ustad səviyyəsinə qalxmış hər iki Böyüyümüzə 100 yaşını adlamaq və bir-birini təbrik etmək fürsəti versin!

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +  F  O  T  O   
çəkilişlərini aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L       E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 
* * *
 
 
 
 
 
 
 
  !  © Müəllif hüquqları qorunur !
Məlumatdan istifadə etdikdə istinad mütləqdir !
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!