Coğrafiya İnstitutunun orta məktəblərlə görüşləri davam edir - (+FOTOLAR)

Coğrafiya İnstitutunun orta məktəblərlə görüşləri davam edir (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Yasamal rayonu 286 saylı orta məktəbdə fəaliyyət göstərən "Kiçik Akademiya"nın üzvləri üçün seminar-məşğələ keçirilib.

Ənənəyə görə məktəblilər əvvəlcə AMEA-nın ikinci mərtəbəsində yerləşən sərgidə Coğrafiya İnstitutunun fəaliyyəti ilə tanış olublar. Seminar-məşğələ İnstitutun konfrans zalında davam edib. iştirakçıları salamlayan elmi işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənov bildirib ki, məktəblərdə “Kiçik Akademiya”nın təşkili istedadlı gəncləri üzə çıxarmağa, şagirdlərdə elmə və elmi yaradıcılığa marağın artmasına, onlarda məntiqi təfəkkürün inkişafına zəmin yaradır. Fənnin tədrisi məsələsinə toxunan direktor müavini qeyd edib ki, bugünkü təhsil şagirdlərə təkcə bilik verməklə yanaşı müəyyən bacarıq və vərdişlərin də inkişaf etdirilməsini tələb etdiyindən onlara dərs deyən müəllimlərin məsuliyyətini də xeyli artırır.
GAMŞ sədri, c.ü.f.d. Samirə Ələkbərova gənc alimlərin fəaliyyəti haqqında şagirdlərə məlumat verib, apardıqları elmi tədqiqat işlərindən söhbət açıb.

“Demoqrafiya və əhali coğrafiyası” şöbəsinin böyük elmi işçisi, c.ü.f.d. Etibar Bədəlov Azərbaycanın regionları haqqında məruzə ilə çıxış edib, ölkənin coğrafi mövqeyi, təbii şəraiti, əhalisinin məskunlaşması, ekologiyası, tarixi-mədəni abidələri, və s. haqqında maraqlı məlumatlar verib.

Turizm və rekreasiya şöbəsinin rəhbəri, c.ü.f.d. Zaur İmrani “Orta məktəb dərsliklərinin yazılması prosesində coğrafiya alimlərinin rolu” mövzusu ilə çıxış edib, uşaqları maraqlandıran sualları cavablandırıb.

“Kiçik Akademiya”nın rəhbəri, İnstitutun Tibbi coğrafiya şöbəsinin elmi işçisi Solmaz Rzayeva məktəbdə Akademiyanın yaradılması və fəaliyyəti haqqında danışıb. Gənc “coğrafiyaçılar” “Ekoloji mühitin qorunması”, “Həyat mənbəyimiz – su”, “Azərbaycanın coğrafiyaçı alimləri” mövzularda təqdimatlarla çıxış ediblər. Sonra şagirdlərlə sual-cavab şəklində müsabiqə keçirilib və qaliblərə kitablar hədiyyə edilib.

Məktəbin əməkdaşı, əməkdar müəllim Naibə Ələkbərova məktəb kollektivi adından Coğrafiya institutunun müdiriyyətinə və Gənc Alim və Mütəxəssislər Şurasına minnətdarlığını bildirib, belə tədbirlərin davam edəcəyinə ümidvar olduğunu bildirib.

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                          

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !