Azərbaycançılıq məfkurəsinin təbliğatçısı, söz ustadı - (+FOTOLAR)

“Azərbaycançılıq məfkurəsinin təbliğatçısı, söz ustadı” (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, bu gün, 18 aprel tarixində Abdulla Şaiqin Mənzil Muzeyində Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 100 illik yubileyinə həsr edilmiş tədbir keçirildi.

Tədbiri giriş sözü ilə Abdulla Şaiqin Mənzil Muzeyinin direktoru Ülkər Talıbzadə açaraq qeyd etdi ki, 28 yanvar 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan ədəbiyyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 100 illik yubileyinin keçirilməsi ilə bağlı Sərəncam imzalamışdır.

Muzeyin əməkdaşları yazıçının həyat və yaradıcılığı ilə bağlı məruzələrlə çıxış etdilər. Daha sonra söz ədibin oğlu Azərbaycan Jurnalistlər Birliyinin sədri,Əməkdar jurnalist Elçin Şıxlıya və dəvət olunan digər qonaqlara verildi. Tədbirdəİsmayıl Şıxlıya həsr edilmiş videoçarx nümayiş edildi. İncəsənət Gimnaziyasınınşagirdlərinin ifasında yazıçının şahəsəri “Dəli Kür” romanı əsasında hazırlanmış kiçik tamaşa təqdim olundu.

Tədbirdə ədibin oğlu Azərbaycan Jurnalistlər Birliyinin sədri, Əməkdar jurnalist Elçin Şıxlı, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyatİnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Arzu Hacıyeva , tanınmış jurnalist Arif Əliyev, Memarlıq və İncəsənət İnstitutlarının elmi işçiləri, BDU-nun jurnalistika fakültəsinin müəllimi Mahmud Mahmudov və tələbələri, Bakı muzeylərinin əməkdaşları, Azərbaycan Milli Konservatoriyasının tərkibində İncəsənət Gimnaziyasının şagirdləri Sənan Muxtarov, Mirbaba Salahov, Yasamal rayon MKS-inin əməkdaşları və KİV nümayəndələri iştirak etdilər.

Tədbir Azərbaycan Respublikası mədəniyyət naziri Əbülfəs Qarayevin imzaladığı “Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 100 illik yubileyi ilə bağlı Tədbirlər Plan”ına əsasən keçirilmişdir.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                          

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !