Müəllimsiz cəmiyyəti boş səhraya bənzədirəm... - Vahid Aslan (+FOTOLAR)

Müəllimsiz cəmiyyəti boş səhraya bənzədirəm... Vahid Aslan (+FOTOLAR)

https://www.facebook.com/groups/250993438794052/

 

Əziz oxucular! Qəzetimizin bu sayının qonağı AMEA Mərkəzi Elmi Kitabxanasında Sərbəst İnformasiya Resursları şöbəsinin rəhbəri, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürkdür. Elnur bəylə müsahibəni, nöqtəsinə-vergülünə toxunmadan olduğu kimi sizlərə təqdim edirik.

 

Müəllimsiz cəmiyyəti boş səhraya bənzədirəm

 

Salam Elnur bəy, necəsiniz?


Təşəkkür edirəm, yaxşıyam Vahid bəy.


Elnur bəy, bəlkə elə söhbətimizin əvvəlində özünüz haqqında bir qədər məlumat verəsiniz?


Mən sadə ailədənəm. 1983-cü ilin 26 noyabrında Qaradağ rayonu Sahil qəsəbəsində dünyaya göz açmışam. Əslən Naxçıvan Muxtar Respublikasının Şərur rayonundanıq. Ailəmiz zəhmetkeş ailədir.Uşaqlığımız zəhmətlə keçib. İlk dəfə çörək pulunu 9 yaşımda qazanmışam. 1992-ci illərdə həyat şəraiti çətin idi. Mən də məcbur olub, çörək qazanmağa başladım. Bu daha çox yay aylarına təsadüf edirdi.Çətinliklərə baxmayaraq, həyat bizə çox maraqlı idi.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsinin məzunuyam. Həmişə tarix elminə böyük həvəsim olub. Orta məktəb illərində tarix müəllimlərim güclü olub.Məndə tarixə böyük marağı ilk müəlliməm Yasəmən xanım yaradıb. Sonradan tarix müəllimlərim Tacir Səmimi və Elşad Vəliyev bu həvəsimi daha çox gücləndirdilər. Onlara öz təşəkkürümü bildirirəm. Bu gün müəllimlərim Tacir Səmimi və Elşad Vəliyevlə dostluğumuz davam edir.


Xahiş edirəm rəhbərlik etdiyiniz şöbənin bu günkü durumu haqqında ətraflı məlumat verəsiniz.


AMEA Mərkəzi Elmi Kitabxanasında Sərbəst İnformasiya Resursları şöbəsi virtual ensiklopediya olan “Vikipediya”nın ölkəmizdə metodikası ilə məşğuldur. Kitabxananın nəzdində “Vikipediya” Metodik Mərkəzi fəaliyyət göstərir. Mərkəzdə “vikipediya” ilə bağlı təlimlər keçirilir. Könüllülər tərəfindən tariximiz, mədəniyyətimiz, tarixi şəxsiyyətlərimiz haqqında məqalələr yaradılır, yarımçıq qalmış məqalələr redaktə olunur. Eyni zamanda xarici mövzularda da məqalələr yaradılır. “Vikipediya” Metodik Mərkəzi könüllüləri xarici dilli “vikipediya”da məqalələrin yaradılmasına üstünlük verirlər. Mərkəzdə rus, yunan, ingilis dillərini bilən mütəxəssislərimiz var. Digər dillərdə məqalələrin yaradılmasında “Şəms” Tərcümə Xidmətləri Mərkəzi ilə sıx əməkdaşlığımız var. Bu günə qədər yüzdən çox məqalə ərəb, fars, ispan, italiyan və.s. dillərə çevrilərək “vikipediya”da yerləşdirilib. Bunlar daha çox tarixi şəxsiyyətlərimiz, mədəniyyət xadimləri, Azərbaycanın Milli Qəhrəmanları haqqındadır.


Siz hər zaman ictimai fəallığınızla seçilmisiniz. Xüsusən də diaspora sahəsində... Bu istiqamətdə son dövrlərdə hansı uğurlar əldə olunmuşdur?


Diaspor sahəsi ilə 15 ildən çoxdur ki, məşğul oluram. Tələbə olarkən Fazil Rəhmanzadənin “Yol” kitabından oxuduqdan sonra bu sahəyə marağım artdı. O zamandan xaricdə yaşayan soydaşlarımız və təşkilatlarımız haqqında təsəvvürüm yaranmağa başladı. Bu kitab mənə gələcək fəaliyyətimdə böyük təkan verdi. Tələbəlik illərim ictimai fəallıqla keçib. Sırf diaspor fəaliyyətim Dünya Azərbaycanlıları Konqresindən başlayıb. Bir gün dostum Qarabağ qazisi Xanoğlan Heydərov səhv etmirsəmsə, 2006-ci il olardı, məni xaricdə diaspor fəaliyyəti ilə məşğul olan Dünya Azərbaycanlıları Konqresinə dəvət etdi. Dedi ki, orada ölkəmizin tanınmış ziyalıları fəaliyyət göstərirlər. Gəl, biz də burada çalışaq. Xanoğlan Heydərov özü ictimai fəal olduğu üçün bu işləri çox yaxşı bilirdi. Konqresin gənclər təşkilatının formalaşmasında böyük fəalliyyətlərimiz oldu. Bu təşkilatda fəaliyyətim mənə yüzlərlə dost və çevrə, təşkilatlarla işləmək imkanı qazandırdı. Bundan sonra diaspor təşkilatları ilə sıx əlaqələr qurdum. Bu günə qədər öz imkanlarım daxilində fəaliyyətimi davam etdirirəm. Xaricdə Azərbaycanla bağlı yaranan bir sıra təşkilatların yaranmasında da fəallıq göstərirəm. Bir sıra mükafatlara layiq görülmüşəm. Fəaliyyətimlə bağlı məlumat əldə etmək istəyənlər https://az.wikipedia.org/wiki/Elnur_Elt%C3%BCrklinkinə daxil ola bilərlər. Burada görülən işlər haqqında ətraflı məlumatlar öz əksini tapıb.


Orta təhsil aldığınız məktəblə bağlı hansı xatirələr yadınızda qalıb. O illəri tez-tezmi xatırlayırsınız?

 

İbtidai təhsil illərimiz müharibə dövrünə təsadüf etdiyi üçün çətinliklər çox idi. Şağırd olsam da Qarabağ hadisələrini izləyirdim. Qəsəbəmizdə torpaqlarımızın azadlığı uğrunda şəhid olan insanlarımızın dəfn mərasimində iştirak edirdim. Hər dəfə şəhidlər xiyabanını ziyarət edərkən, hadisələr gözümün qarşısında canlanır. Məktəbdə Qarabağda döyüşən əsgərlərə yardımlar yığılırdı. Mən həmin aksiyada da fəallıq göstərirdim. Sinif yoldaşlarımızla yığılıb evimizin yanında hərbi hospitalı ziyarətə gedərdik.

 

Azərbaycan təhsilinin səviyyəsini müasir avropa təhsili ilə müqayisədə qənaətbəxş hesab etmək olarmı?

 

Avropa təhsil sistemi dünyanın mükəmməl və oturuşmuş təhsil sistemlərindən biridir. Düşünürəm ki, oradan yaxşı cəhətləri götürmək lazımdır. İnsanlarımız yaxşı təhsil almaq üçün Avropaya üz tuturlar. Təhsilsiz cəmiyyət uçuruma məhkumdur. Bütün inkişaf etmiş dövlətlərin yolu təhsildən keçir. Milyardlarla vəsait xərclənir. Bizim təhsilimizdə də problemlərin olmasına baxmayaraq, bir şox önəmli uğurlarımız da var. Ancaq bu gün Azərbaycan təhsilini Avropa təhsili ilə müqayisə etmək hələ tezdir.

 

Bu gün cəmiyyətimizdə müəllimlərin yeri və rolu sizi qane edirmi?

 

Mən müəllimsiz cəmiyyəti boş səhraya bənzədirəm. Bütün cəmiyyətlərin,insanların inkişafında müəllimlərin böyük əməyi var. Azərbaycan müəllimlərinin cəmiyyətdə xüsusi rolu var. Sizin özünüz müəllimsiniz. Azərbaycan müəlliminin dəyərini yaxşı başa düşürsünüz. Ola bilər ki, müəllimlərin statusları zəifdir. Ancaq müəllim yenə də öz dəyərini saxlayır. Bu gün cəmiyyətdə savadlı,öz üzərində işləyən və şəxsiyyətinə hörmət edən müəllimlərə olan hörməti görürük.

 

Bəs tələbə-gənclərimizin səviyyəsi sizi qane edirmi?

 

Ümumilikdə savadlı gənclərimiz çoxdur. Getdikcə artır. Cəmiyyətdə öz üzərində işləyən gənclərimiz çoxluq təşkil edirlər. Son zamanlar Türkiyədə və digər aparıcı avropa ölkələrində təhsillərini davam etdirmək üçün imkanlar əldə edən yüzlərlə gəncimizi görürəm. Onların bəziləri ölkəmizə qayıtmasalar da, yenə də zaman-zaman əksər hissəsi ölkəmizə qayıdacaq və cəmiyyətimizin inkişafında böyük faydalar verəcəklər.

 

Bəziləri belə güman edir ki, həyat plan üzrə qurulmalıdır. Bu fikri siz necə şərh edərdiniz?

 

Plansız hansısa işi həyata keçirtmək çətin olur. Hansısa sağlam işi həyata keçirərkən məqsədli olmalısan. Bəzən bizdən asılı olmayan məsələlər var. İstədiyimiz və arzuladığımız planlar həyata keçmir. Ancaq yenə də həyatı sistemli fikir üzərində qurmaq lazımdır. Həyatda inkişaf və nailiyyət əldə etmək istəyirsənsə,mütləq planlı hərəkət etməlisən.

 

Ulu tanrı hər insana bir tale qisməti, bir ömür payı bəxş edir. Yəqin sizin də ömür adlı həyat yolunuzun daşlı - kəsəkli keçidləri olub. Ümumiyyətlə taleyinizdən razısınızmı?

 

Təbii ki, razıyam. Hər ötən günümüzə,saatımıza, dəqiqəmizə, saniyəmizə şükür etməliyik.

 

Son olaraq “Müəllim sözü” qəzetinin oxucularına nə demək istərdiniz?

 

Qəzet səkkiz illik fəaliyyəti dövründə böyük uğurlar əldə edib. Bu gün cəmiyyətimiz qəzeti tanıyır və hörmət edir. Qəzetin redaksiya heyəti ölkəmizin tanınmış ziyalılarıdır. “Müəllim sözü” ölkədə elmi-intellektual fikrin formalaşmasında böyük rol oynamaqla yanaşı, qəzetin fəaliyyətini cəmiyyətdə elmin təbliğində mayak da adlandırmaq olar. Hər səhifəsində maraqlı məqalələr olur. Sizə və komandanıza uğurlar arzulayıram.

 

Söhbətləşdi: Vahid Aslan
“Müəllim sözü” qəzeti, №04(77) 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !