Azərbaycan-Türkiyə birgə taktiki təlimlərində istifadə ediləcək silahlara, hərbi və xüsusi texnikaya baxış keçirilib - (ViDEO+FOTOLAR)

Azərbaycan-Türkiyə birgə taktiki təlimlərində istifadə ediləcək silahlara, hərbi və xüsusi texnikaya baxış keçirilib (ViDEO+FOTOLAR)

Mayın 1-dən 3-dək ölkəmizdə keçiriləcək “Mustafa Kamal Atatürk-2019” Azərbaycan-Türkiyə birgə taktiki təlimlərində istifadə olunacaq silah, hərbi və xüsusi texnika nümunələrinə baxış keçirilib.
Təcrübəli mütəxəssislər tərəfindən şəxsi heyətə hərbi texnikaların istismarı, tətbiqi, döyüş və digər imkanları barədə məlumatlar çatdırılıb.
Qeyd edək ki, iki ölkə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında Sazişə əsasən keçirilən birgə təlimlərdə iki ölkə ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, Hərbi Hava Qüvvələrinin döyüş və nəqliyyat helikopterləri, həmçinin hava hücumundan müdafiə və zenit-raket bölmələri iştirak edəcək. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !