Sumqayıt Dövlət Dram Teatrı tamaşaçıların teatra marağının artırılmasına yönəlik kreativ layihələr gerçəkləşdirir - (+FOTOLAR)

Sumqayıt Dövlət Dram Teatrı tamaşaçıların teatra marağının artırılmasına yönəlik kreativ layihələr gerçəkləşdirir (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Sumqayıt Dövlət Dram Teatrı son vaxtlar tamaşaçıların teatra marağının artırılmasına, uşaq və yeniyetmələrin bədii - estetik zövqünün formalaşmasına və onların maraq dairəsinin daha dərindən öyrənilməsinə yönəlik kreativ layihələr gerçəkləşdirir. Bu qəbildən olan növbəti ekskursiya –baxış layihəsi çərçivəsində Mərkəzi Kitabxananın uşaq şöbəsində fəaliyyət göstərən Sabir Sarvan adına Uşaq poeziya Klubunun üzvləri sənət məbədini ziyarət etdilər. Baxışdan əvvəl balacalar qrim otaqlarına baxdılar, tamaşa qabağı hazırlığı, texniki prosesi izlədilər. Kicik tamaşaçılara repertuardakı uşaq tamaşaları, onların ideya- estetik qayəsi barədə məlumat verildi. Mərkəzi Kitabxananın uşaq şöbəsinin müdiri Yeganə Hüseynova belə tədbir və görüşlərin uşaqların dünya görüşlərinin formalaşmasında önəm kəsb etdiyini bildirdi. Rejissor Vasif Məmmədovun quruluşunda Abdulla Şaiqin "Danışan gəlincik" əsərinə baxdıqdan sonra balaca aktyorlarla teatr truppası yerlərini dəyişdi. Bu dəfə uşaq teatrının üzvləri səhnəyə çıxaraq Cəlil Məmmədquluzadənin, Cəfər Cabbarlının yaradıcılığından nümunələr səsləndirdilər. Balacaların çıxışları peşəkar heyət tərəfindən alqışlarla qarşılandı. Teatrın administratoru Nizami Mirzəyev kiçik, həfəskar aktyorlara tamaşanın ərsəyə gəlmə prosesindəönəmli olan faktorlardan da danışdı və afişalar haqda məlumat verdi. Həmçinin 50 yaşlı Sumqayıt Dövlət Dram Teatrının veteran aktyorlarının şəkilləri həkk olunmuş stendə nəzər salındı. Sonda Nizami Mİrzəyev yaradıcı kollektivin rəhbəri, Əməkdar artist Mübariz Həmidovun adından Sabir Sarvan adına Uşaq Poeziya klubunun üzvlərini təbrik etdi və bildirdi ki, belə kreativ layihələrin həm bədii-estetik, həm də maarifləndirici funksiyasıəvəzolunmazdır.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                          

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !