50 yaşın mübarək Albert… - - Faiq İsmayılov (+FOTOLAR)

50 yaşın mübarək Albert… - Faiq İsmayılov (+FOTOLAR)

https://www.facebook.com/groups/458090628035596/ 

 

Yazı Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunoviç Aqarunovun əziz xatirəsinə həsr olunur.



4 may 1992-ci il tarixdə Qarabağ cəbhəsinin komandanı Arkadi Ter–Tadevosyan Şuşa şəhərinə hücum üçün əmr imzaladı. Əslində isə ermənilərin Şuşa üzərinə hücumlarının icrasına artıq aprel ayının 27-dən başlanmışdı. Arkadi Ter–Tadevosyan bu əmri isə cəbhə boyu ermənilərin hücumlarını rəsmləşdirməklə bərabər bu hücumları daha da intensivləşməsinə səbəb oldu.
Bütün istiqamətlərdən döyüş məlumatlarını, erməni ordusunun rabitə rəisi Artur Papazyan özü şəxsən 6 №-li çağrışla mərkəzi qərərgaha birbaşa Serj Sərkisüana ötürürdü.Çünki, Serj Sərkisyanı Ermənistanın Müdafiə naziri Qarabağdakı Ermənistanın silah arsenalı üzərində cavabdeh təyin etmişdi.Serj Sərkisyan Qarabağ cəbhəsindəki bütün məxfi məlumatları şəxsən Ermənisan rəhbərliyinə çatdırırdı. Məhz buna görə də S.Sərkisyan Ter– Tadevosyanın Şuşa şəhərinə hücum planını haqqında qərarını təsdiq etdirmək üçüçn İrəvana yola düşdü. Orada onu R.Koçaryan gözləyirdi.Bu ərəfədə Ermənistan Prezidenti Levon Ter-Petrosyanın İrana səfəri gözlənilirdi.Prezidentin milli məsələlər üzrə məsləhətçisi Aşot Manuçaryanın dediyinə görə o dövrdə ermənilərin Qarabağda baş verən hadisələrin gedişi barədə İrana məlumat verməməsi rəsmi Tehranı narahat edirmiş.Görünür İranın narahatlığını aradan qaldırmaq üçün Ermənistan Prezidenti Şuşanın işğalını müzakirə etmək üçün İrana gedirdi.

Ona görə də Ter-Petrosyan özünün səfəri ərəfəsində Qarabağdakı atəş nöqtələrinin genişlənməsinin əlehinə idi.Hətta o, öz səfəri ərəfəsində Qarabağda atəşi dayandırmağı tələb edirdi. Odur ki Şuşa məsələsi ilə bağlı Qarabağdan gələn elçilərə “İndiki şəraitdə Şuşanı götürmək olmaz”-dedi. R.Koçaryan isə cavabında: “Sizin sözlərinizlə şərikəm, amma buna kiçik bir düzəliş edirəm: İndiki şəraitdə Şuşanı götürməmək olmaz ”-deyərək Ermənistan Prezidentini pis vəziyyətdə qoydu.
Robert Koçaryan və Serj Sərkisyan Qarabağa Ermmənistanın müdafiə naziri Vazgen Sərkisyan və “Daşnaksütun” terror təşkilatının nümayəndələri ilə qayıtdılar.Onların bu gəlişindən sonra Robert Koçaryanın təkidi ilə Qarbağ cəbhəsinin səhra komandirləri Samvel Babayan və Valeri Babayan Qarabağ Hərbi Qərargahının üzvü general Qurqen Dalıbaltayandan təcili olaraq Şuşanın alınması gününü təyin etməyi tələb etdilər.
Hərbi qərargahın toplantısından sonra Şuşanın süqut edəcəyi gün elan edildı, bu hadisə 7 may 1992-ci il gücə saat ikidə baş verəcəkdi. Şuşa istiqamətində bütün cəbhə boyu ermənilər üstünlüyü ələ almışdılar, onlar bütün imkanlarını səfərbər edərək Şuşanın süqutuna doğru irəliləyirdilər. Ermənilər aldadıcı manevrlərlə Şuşa şəhərinin mühasirəsini daraltmağa çalışırdılar. Belə ki, 1992-ci il may ayının 6-da

Yura Ovaenesyan Canhəsən istiqamətindəki Azərbaycan mövqelərinə bir neçə sarsıdıcı zərbələr endirərək, döyüş mövqeyini dəyişib Şuşa şəhərinə doğru istiqamətləndi. Canhəsən – Kosalar istiqamətindəki Yura Ovanesyanın başladığı döyüşü davam etdirilməsi tapşırığını 26-cı bölmə öz üzərinə götürdü. Burada erməni ordusunun əsas məqsədi Azərbaycan döyüşçülərinin diqqətini Canhəsən–Kosalar istiqamətinə cəlb etməklə Şuşa şəhərini mühasirəyə salmaq idi.
Həmin gün axşama doğru Azərbaycanın iki hərbi vertalyotu Suşa ətrafındakı ermənilərin təmas xəttinə zərbələr endirdilər bundan bir neçə dəqiqə sonra Su-25 döyüş təyyarəsi qalxaraq Xankəndi şəhərinə bir neçə bomba atıb Ağdam istiqamətində uçub getdi. Bu Azərbaycan tərəfinin Şuşanın süqutuna qədər sonuncu həmlələri oldu. Şuşa üzərinə hücum əməliyyatının məxfi adını ermənilər «dağlarda toy» adlandırırdılar. Lakin bu «toy»un zıpbıltısı Bakıda eşidilmirdi, iqtidarla müxalifətin başı hakimiyyət davasına qarışdığından Qarabağ Bakıda tamam unudulmuşdu.
Azərbaycanda yaşanan siyasi böhrandan və hərc-mərclikdən istifadə edən ermənilər Qarabağda qələbələrin sayını günbəgün artırırdılar.Bakıda o zamankı iqtidarın maymaqlığı və müxalifətin hakimiyyətə gəlmək hərisliyi Azərbaycanın ərazi bütövlüyünün qorunması məsələsini ikinci plana atmışdı.Qarabağ cəbhəsində azərbaycanlı döyüşçüləri saxlayan onların vicdanı və vətənpərvərlikləri idi.Bu döyüşçülər arasında öz qələbələrinə bir ümidsizlik sindromu yolxucu xəstəlik kimi çox sürətlə yayılmağa başlayırdı. Burada hər kəs boş vaxtlarında nəzərlərini yeganə xəbər mənbəyi olan əl radiolarına dikərək bütün varlığı ilə Bakıdan nikbin bir məlumatın veriləcəyi günü gözləyirdilər... Lakin bu baş vermirdi...

Ermənilər bütün cəbhə boyu üstünlüyü ələ almışdılar, cəbhə xəttində köməksiz və pərakəndə şəkildə ermənilərə müqavimət göstərən azərbaycanlı döyüşçülər sıxışdırılır, öldürülür və mövqelərindən geri oturdulurdular.
Şuşanın işğalnı müşahidə etmək üçün may ayının 6-da bütün erməni komandanlığı, xarici qonaqlar və jurnalistlər dəniz səviyyəsindən 1207,3 m şimal yüksəkliyində yerləşən Şüşükəndə toplaşmışdılar. Onların sırasında Qarabağ cəbhəsinin komandanı Arkadi Ter– Tadevosyan, Ermmənistanın müdafiə naziri Vazgen Sərkisyan, general Qurqen Dalıbaltayan, Ermənistanın hərbi qərəargah rəisi Feliks Qozoryan, Robert Koçaryan, Serj Sərkisyan, Leonid Martirosyan, Oleq Eseyan, Zori Balayan, Andrey Saxarovun ögey oğlu Aleksey Semenov, Elena Bonner, Baronessa Koks, eləcədə «Ümumdünya xristian həmrəyliyi» və “Daşnaksütun” terror təşkilatının rəhbərləri özlərinə xüsusi yer almışdılar. Onlar buradan bütün cinahlar boyu hücum xəttini izləyir və öz döyüşçülərinə göstərişlər verirdilər.

Ermənilərin, birinci və ikinci cinahlarla irəliləyən qoşun hissələrinin döyüş tapşırığı, Şuşaya istiqamətlənən yollardakı azərbaycanlıların bütün atəş nöqtələrini susduraraq qala divar larına yaxınlaşmaq idi.
Üçüncü cinahın döyüşçüləri isə Şuşa – Laçın yolunu atəş altında saxlayaraq Şuşanı mühasirəyə salmaqla, Laçın – Qubadlı istiqamətindən Şuşaya köməyə gələn azərbaycanlı döyüşçülərin hərəkətinə mane olmaqla bərabər Zarıslı kəndini işğal edərək orada möhkəmlənmək bununla da Laçınla Şuşanın əlaqəsini tamam kəsmək əmri almışdılar.
Canhəsən – Kosalar istiqamətindəki döyüşçülərə çoxlu sayda aldadıcı manevrlər etmək, azərbaycanlı döyüşçülərin diqqətini bu aldadıcı manevrlərə cəlb etmək tapşırılmışdı.Məhz bundan sonra süni yaradılmış vəziyyətdən istifadə edərək Şuşanın mühasirəsini getdikcə daraldaraq şəhəri təslim etmək olardı.
Kərkicahan kəndindən və Xankəndindəki Rus Hərbi bazalarından Şuşa şəhərinin yaşayış məntəqələrinə və ictimai iaşə obyektlərinə fasiləsiz raket zərbələri endirilirdi. Bundan vahiməyə düşən Şuşanın mülki əhalisi keçilməz meşələrlə Laçın istiqamətində canlarını götürüb qaçırdılar.Nə səbəbdənsə Şuşanın mühasirəsindən qabaq Azərbaycanın Hərbi komandanlığı Şuşadakı azərbaycanlı döyüşçülərin bir qismini cəbhə xəttindən geri çəkmiş, digər bir qismi isə məzuniyyətə buraxmışdı.
Cəbhə xəttində pərakəndəlik və özbaşınalıq hökm sürdüyündən, döyüşçülərin sırasında üstəlik özbaşına döyüş mövqelərini tərk edənlər də var idi.Komandanlıq tərəfindən hücum tapşırığı verilmədiyindən döyüşçülərimiz yalnız müdafiə mövqeyində dayanırdılar.Onsuzda ermənilərin mühasirəsini yarmaq və ya erməni hücumlarının qarşısını almaq üçün heç canlı qüvvə və texnika da çatışmırdı.
Bütün bu qeyri bərabər ölüm-dirim savaşında hələlik öz mövqelərini müvəqqəti də olsa qoruya bilən azərbaycanlı döyüşçülər o cümlədən sonralar Azərbaycanın Milli qəhrəmanı olmuş Albert Aqarunoviç AqarunovŞuşaya daxil olmaq istəyən 422 №-li tankı vurmağa nail oldu. Erməni tankınınkomandiri Qaqik Avşaryan, sürücü mexanik Aşot Avanesyan, atıcı-artirelist Serj Sərkisyan elə ilk və son atəşdən maşının kabinəsindəcə ölmüşdülər. Xocalı üzərinə hücum za- manı xüsusi “qəhrəmanlıq” göstərən bu tanka və onun heyətinə etimad göstərilmişdi ki, onlar bir “qəhrəman” kimi Şuşa qalasına taxmaq üçün Ermənistanın bayrağını aparsınlar. Odur ki.hələ Xocalı ağrısı yaşayan əsgərlərimiz üçün bu tankın vurulması xüsusi əhəmiyyət daşıyırdı.

Azərbaycanlı döyüşçülər Şuşayüksəkliyindən Xankəndi-Şuşa şose yolu ilə Şuşaistiqamətində hərəkət edən 422 №-li tankı izləyirdilər. Erməni tankı döngələrdə gah itib gah daaçıq-aşkargörünə-görünəbütünsürətiiləŞuşaqalasınayaxınlaşırdı.Eləbuzamanheçkimingözləmədiyibirhadisəbaşverdi,Şuşaqalasıyaxınlığındaöz tankı ilə pusquda dayanmış Albert Aqorunov tankı damövqeyindənçıxaraqŞuşa-XankəndiyoluiləXankəndiistiqamətindəhərəkətəbaşladıelə ilk döngənin yaxınlığındaca dayanıb gözlədi 5-6 dəqiqə sonra döyüşçülərimizlə qarşılaşan erməni tankını təqribən 50-60 metr məsafədən cəmi bir sərrast atəşlə vurdu. Bu hadisəni gözləməyən erməni hərbçiləri mərkəz istiqamətdə döyüşü dayandıraraq, cinahlardan hücumlarını gücləndirdilər.Onlar Qala divarları üzərindən Şuşatürməsinə daxil olmağa qərar vermişdilər.FasiləsizraketzərbələriŞuşanıncənubunavəqaladivarlarınaistiqakmətlənmişdi.Bu raket zərbələri Qala divarları üzərindəki bütün müşahidə qüllələrini dağıtdı, həmin gün bütün şəhər odtutubyanırdı.

Bu həmlədən sonra Şuşanın mühasirəsinə son qoyuldu ermənilər qala divarları üzərin- dən şəhərə daxil olmağa başladılar.

Üçüncü cinahdakı erməni qoşun bölmələri Laçın – Şuşayoluna çıxdılar, Şuşanın Laçınla əlaqəsi tamam kəsildi. Bununlada Şuşa, Canhəsən, Kosalar, Qaraqaya erməni işğalının altı-na düşdü. May ayının 7-dən Şuşaya daxil olmuş erməni qoşun hissələri, küçə döyüşləri ola biləcəyindən ehtiyatlanaraq küçələrdə açıq şəkildə hərəkət etməyə cürət etmirdilər. Nəhayət may ayının 9-da gecə saat 4-də şəhərin boş olduğuna əmin olan ermənilər Şuşaşəhəri üzərindəki qələbələrini bayram etməyəbaşladılar.

 

9 may 1992-ci iltarixdə Ermənistan Silahlı qüvvələrinin bir qrup yüksək rütbəli zabitləri və jurnalistlər Şuşukənddən Şuşaya erməni silahlıları ilə bərabər bu “qələbə”ni qeyd etmək üçün gedirdilər. Elə həmin gün səhər tezdən general Qurgen Dalibaltayana məxsus «Niva» markalı maşında Feliks Qzoyan, Robert Koçaryan və Rusiyalı hərbi zabit Anatoli Zineviç qonaqlardan qabaq Şuşaya gəlmişdilər. Sonralar Zori Balayan bu hadisəni xatirələrində yazarkən belə bir ifadə işlətmişdi: “O gün həyatında ilk dəfə olaraq əyninə hərbi paltar geyən Robert Koçaryan çox qəribə görkəmi vardı”.

May ayının 7 – 8-də Şuşa əhalisi və Azərbaycanın özünümüdafiə dəstələrinin döyüşçüləri mühasirənin nəzarətsiz yerlərindən keçərək məğlub durumda Laçın şose yoluna çıxa bilirdilər. Turşsu-Laçın istiqamətindəki bu yol hələlik təhlükəsiz idi.Çünki bizim hərbi bölmələrimiz Turşsu – Lesaqor dolayları istiqamətindəki yüksəkliklərdən Laçına qədər olan yola nəzarət edə bilirdilər. O zaman Azərbaycanın bu mövqelərdəki hərbi birləşmələri bu istiqamətdən erməni ordusuna Laçın istiqamətdə hücuma keçməyə imkan vermir, hələ üstəlik Şuşanın azad edilməsi üçün cəhdlər də edirdilər. Çünki bu zaman erməni ordusunun başı Şuşada mülki əhalinin sahibsiz qalan əmlakının qarət edilməsinə qarışdığından Azərbaycan ordusu- na qarşı elə də ciddi müqavimət göstərmirdilər.


İngiltərədə fəaliyyət göstərən «Ümumdünya xristian həmrəyliyi» təşkilatının rəhbər- lərindən olan baronessa Koks böyük bir qrupla Qarabağa gələrək erməni terrorçularına İngiltərənin dəstəyi barədə məruzələr edirdi. Baronessa Koks məhşur terrorçu ASALA terror təşkilatının üzvü Monte Melkonyanın müşayəti ilə Qarabağın azərbaycanlılar yaşayan kəndlərində ermənilər tərəfindən öldürülüb eybəcər hala salınan qadın, uşaq və qoca insanların meyitləri yanında xatirə şəkilləri çəkdirməklə insanlığa yaraşmayan hərəkətlərə yol verirdi.


Faiq İsmayılov

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !