Vokalist İslama Abdullayevanın solo konserti baş tutub - +FOTOLAR (AZpress.AZ İ.Rüstəm)

Vokalist İslama Abdullayevanın solo konserti baş tutub +FOTOLAR (AZpress.AZ – İ.Rüstəm)

https://www.facebook.com/groups/232461030668048/ 

 

AZpress.AZ xəbər verir ki, 23 aprel 2019-cu il tarixində Bakı Kamera və Orqan Musiqi Zalında Bakı Musiqi Akademiyasında təhsil alan və həmçinin Azərbaycanın və SSRİ Xalq Artisti Fidan Qasımovanın tələbəsi olan vokalist İslama Abdullayevanın solo konserti baş tutmuşdur. Konsertin adı, mövzuya uyğun olaraq “Baroque” adlanırdı. Barokko dövrünün dahi bəstəkarlarının əsərləri ifa edilmişdir (G. F. Hendel, H. Pörsell, A. Stradella, K. Monteverdi, C. B. Perqolezi, K. Qlyuk). Bəzi ariyalar və duetlər Azərbaycan səhnəsində ilk dəfə səsləndirildi.
Konsert özünəməxsuzluğu və Elvin Mirzəyevin qeyri standart rejissor işi ilə fərqlənirdi, hansı ki, öz növbəsində konsertin açılışını elan edərək tamaşaçılara sehirli və unudulmaz axşam olacağını vəd etdi.
Tamaşaçılar konsertin əvvəlindən musiqiçilərin səhnəyə qeyri adi çıxışlarından heyrətlənmişdilər. İlk olaraq səhnəyə “Furioso” simli kvartetinin violonçelisti – Əsmər Kərimli səhnəyə çıxaraq öz ifasını başlamışdır; onun ardınca konsertin konsertmeysteri – Lalə Hüseynli; daha sonra isə zalın müxtəlif tərəflərindən violində ifa edərək Səid Məmmədov, Süleyman Babakişizadə, violada isə – Üzeyir Mahmudbəyli səhnəyə çıxdılar. Kvartetin ifası zaldan gələn quş səsləri ilə əvəz olundu. Quş səsləri tamaşaçıların marağına səbəb oldu, və gözlənilmədən tamaşaçıların arasından quşların oxumağından ovsunlanmış solist İslama Abdullayeva qaçaraq səhnəyə çıxdı. Onun çıxışı gurultulu alqışlarla qarşılandı.
Konsert yalnız İslama Abdullayevanın parlaq ifası ilə deyil, həm də onun aktoyrluq bacarığı ilə yadda qaldı. O, ifa etdiyi əsərlərin texniki cəhətdən çətin olmasına baxmayaraq asanlıqla roldan rola keçərək obrazın emosional xarakterini tamaşaçılara çatdıra bilirdi.
Aktyor işinə həmçinin “Furioso” kvartetinin üzvləri cəlb edilmişdi.
Azərbaycanın Əməkdar Artisti İlham Nəzərovla 3 duet və 1 solo əsər ifa edilmişdi.
Tamaşaçıların gurultulu alqışlarına səbəb olan konsertin son nömrəsi – duet İslamanı və kvarteti daha bir əsər ifa etməyə ilhamlandırdı.
Qonaqlar arasında Azərbaycanın və SSRİ Xalq Artisti Xuraman Qasımova və Azərbaycanın Xalq Yazıçısı – Anar və digər yüksək incəsənət nümayəndələri iştirak etmişdilər.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )