İradə Gülməmmədova Qobu qəsəbə sakinləri ilə görüşdü - (+FOTOLAR)

İradə Gülməmmədova Qobu qəsəbə sakinləri ilə görüşdü (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın rayonun Qobu qəsəbəsində sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirilib. Qobu Mədəniyyət Evində baş tutan görüşdə rayonun hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak edib.

RİH başçısı İ.Gülməmmədova son illərdə rayonda və Qobu qəsəbəsində görülən işlərdən danışıb.

Qəsəbədə yeni salınan yaşayış massivlərinin kommunal xidmətlərlə təmin edildiyini vurğulayan başçı yeni massivlərin mavi yanacaqla təmin olunması istiqamətində də ciddi addımların atıldığını qeyd edib.
Son illər ərzinə qəsəbədə müasir Mədəniyyət Ei, musiqi məkəbi, kitabxana, bağça, səhiyyə oçağının tikilib istifadəyə verildiyini qeyd edən rayon rəhbəri bildirib ki, bütün bunlar Qobu və qobululara daim diqqət və qayğı ayrıldığının təzahürüdür.

Abşeron RİH başçısının Qobu qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vüqar Daşdıyev, Qobu bələdiyyəsinin sədri Araz Nəcəfov hesabat xarakterli çıxış edərək gördükləri iş, həyata keçirdikləri abadlıq-quruculuq tədbirləri barəsində məlumat veriblər.

Qəbula gələn sakinlər keçən görüşdən sonra qəsəbədə abadlıq-quruculuq işlərin aparıldığını, qaldırılan problemlərin həll olunduğunu vurğulayaraq bütün bunlara görə öz təşəkkürlərini bildiriblər. Bununla yanaşı yeni salınan yaşayış massivlərinə telefon xəttinin çəkilməsində, qəsəbədə parkın salınmasında və digər məsələlərlə bağlı köməklik göstərilməsini xahiş ediblər.

Sakinlər tərəfindən qaldırılan məsələlərin mümkünləri yerindəcə həll olunub, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                          

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !