Sönməyən dan ulduzu – Cəfər Cabbarlı : - Bakı Dövlət Sosial-İqtisadi Kollecində ədəbi-bəddi kompozisiya (+FOTO+VİDEO)

“Sönməyən dan ulduzu – Cəfər Cabbarlı”: Bakı Dövlət Sosial-İqtisadi Kollecində ədəbi-bəddi kompozisiya (+FOTO+VİDEO)

 AZpress.AZ xəbər verir ki, aprelin 25-də Bakı Dövlət Sosial-İqtisadi Kollecində kollec müəllimlərinin, kollecin Tələbə Gənclər Təşkilatının və Tələbə Həmkarlar İttifaqı Komitəsinin fəal tələbələrinin hazırladıqları “Cəfər Cabbarlı - 120” adlı tədbir keçirilib.

Tədbiri giriş sözüylə açan Kollecin direktoru, pedaqoji elmlər doktoru Vidadi Orucov Azərbaycan ədəbiyyatında milli-tarixi dramaturgiyada misilsiz xidmətləri olan böyük dühanın – Azərbaycan dili və ədəbiyyatının inkişafında tam bir mərhələ yazan Cəfər Cabbarlının 120 illiyi münasibəti ilə təşkil olunan bu ədəbi-bəddi tədbirin tələbələrin vətənpərvərlik tərbiyəsi baxımından önəmli rol oynadığını bildirib.

Tədbirdə tələbələrin ifasında dahi şair, nasir və dramaturq Cəfər Cabbarlının şeirləri səsləndirilib, onun həyat və yaradıcılığı, əsərlərinə bəstələnmiş musiqilər haqda videoçarxlar nümayiş olunub. O cümlədən, kollecin istedadlı tələbələri ədibin ölməz dramlarından “Sevil” və “Solğun çiçəklər” pyeslərindən müxtəlif parçalar canlandırıblar.

“Sönməyən dan ulduzu – Cəfər Cabbarlı” adlı məqaləylə çıxış edən edən kollecin Azərbaycan dili və ədəbiyyat müəllimi Rəfiqə Qurbanova Cəfər Cabbarlı yaradıcılığı haqda apardığı dəyərli bədii təhlilləri bölüşərək ədibin yaradıcılığının ən dərin qatlarına edib, onun ideyalarının ucalığını göstərən fəzalar kimi geniş və sonsuz ədəbi rənglərdən söz açıb.

Sonra kollecin məzunu və sabiq TGT sədri Taleh Mirzəyev iştirakçılarla öz fikirlərini bölüşüb, kollec tələbələrinin istedad və həvəslərini yüksək qiymətləndirərək onlara dərslərində intizamlı olmaqla yanaşı daim ictimai sferada aktiv olmağın, öz bacarıqlarını inkişaf etdirməyin vacibliyini vurğulayıb və tələbələr üçün özü müəllifi olduğu şeiri səsləndirib.

Aşağıdakı videoda tədbirdən müxtəlif səhnələri və çıxışları izləyə bilərsiniz:  www.youtube.com/watch

 

Taleh MİRZƏYEV

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                          

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !