Gömrük Akademiyasının 4 tələbəsi ABŞ-da ölkəmizi təmsil edib - (+FOTOLAR)

Gömrük Akademiyasının 4 tələbəsi ABŞ-da ölkəmizi təmsil edib (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) “Hüquqşünaslıq” ixtisası üzrə təhsil alan 4-cü kurs tələbələri Turan Abbasov, Murad Alızadə, Etibar Qarayev və Günel Məmmədzadə 31 mart-6 aprel tarixlərində Vaşinqtonda Beynəlxalq Hüquq Tələbələri Assosiasiyası (ILSA) tərəfindən təşkil olunan dünyanın ən böyük məhkəmə müsabiqəsi “Philip C. Jessup” beynəlxalq məhkəmə müsabiqəsində Azərbaycanı təmsil ediblər.

Azərbaycanda “Philip C. Jessup”ın ilk milli raundları məhz Akademiyanın komandasının yarışa qoşulması ilə mümkün olub.

Akademiyanın komandası 4 raundda xüsusi uğur əldə edərək, raund tam başa çatmadan bütün hakimlər tərəfindən qalib elan edilib.Azərbaycanın müsabiqədə təmsil olunduğu müddət ərzində ilk dəfə məhz Akademiya komandasının iki üzvü eyni raundda 80 baldan daha yüksəkqiymətləndirilib. Komanda ümumilikdə34 ölkə arasında 17-ci yerə layiq görülüb.

Bu müsabiqə Birləşmiş Millətlər Təşkilatının (BMT) ali məhkəmə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsinin (InternationalCourt of Justice) simulyasiyasıdır və hər il müsabiqədə 100-dən çox ölkədən 3000-dək tələbə iştirak edir.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )