Finlandiya Meteorologiya İnstitutunun mütəxəssisləri Milli Hidrometeorologiya Departamentində treninq keçirib - (+FOTOLAR)

Finlandiya Meteorologiya İnstitutunun mütəxəssisləri Milli Hidrometeorologiya Departamentində treninq keçirib (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, 24 aprel 2019-cu il tarixindəEkologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin(MHD) əməkdaşlarına Finlandiya Meteorologiya İnstitutunun (FMİ) mütəxəssisləri tərəfindən treninq keçirilib.

Treninqin keçirilməsində məqsəd MHD-ninfəaliyyətinin təkmilləşdirilməsi, idarəçilik sistemininoptimallaşdırılmasında beynəlxalq təcrübənin öyrənilməsi və tətbiq edilməsidir.

Treninqdə FMİ-nin ekspert xidmətinin direktoru Harri PietarilaDepartamentin struktur bölmələrinin mütəxəssislərinə Finlandiyada istifadə olunan radar müşahidə sistemləri, proqnoz metodları, erkən xəbərdarlıq sisteminin iş prinsipləri və müxtəlif ölkələrdə həyata keçirilmiş layihələrlə bağlı geniş məlumat verib.

TədbirdəMilli Hidrometeorologiya Departamenti ilə əməkdaşlığın qurulması istiqamətində müzakirələr aparılıb vəmaraq doğuran suallar cavablandırılıb.

MHD-dəFMİ-nin mütəxəssislərinin dəstəyi ilə kadr hazırlığı üzrə fəaliyyətin gələcəkdə də davam etdirilməsi planlaşdırılır.

Qeyd edək ki,Finlandiya Meteorologiya İnstitutu meteorologiya sahəsində dünyanın qabaqcıl xidmətlərindən biri olmaqla rəqəmsal modellərin, innovativ texnologiyaların geniş tətbiqi sahəsində fəaliyyət göstərir.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )