“SƏLİS vətəndaş cəmiyyətinə xidmət edən mühüm yenilik, uğurlu modeldir”... - (+FOTOLAR)

“SƏLİS vətəndaş cəmiyyətinə xidmət edən mühüm yenilik, uğurlu modeldir”... (+FOTOLAR)

https://www.facebook.com/groups/250993438794052/ 

 

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yeni brendi olan SƏLİS Xidmətinin e-vətəndaş proqramının növbəti təqdimatı Binəqədi rayon ictimaiyyəti üçün baş tutub. YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov bu tədbirin Binəqədidə təşkil edildiyi üçün təşəkkürünü çatdırıb. R. Göyüşov həyata keçirilən islahatlar, uğurlu sosial siyasət, vətəndaş cəmiyyətinin inkişafı üçün atılan addımlar, bu istiqamətdə qəbul olunan müvafiq qanunlar haqda danışıb. Bildirib ki, son dövrlərdə yaradılan innovativ, müasir ASAN xidmət, ABAD, DOST layihələri əhali məmnunluğunun təmin olunması, keyfiyyətli xidmət göstərilməsi, korrupsiya, bürokratiyanın qarşısının alınması və digər prinsiplər üçün dövlət başçısının xüsusi diqqətində olan məsələdir. Bu gün təqdim olunan SƏLİS xidmət də aparılan siyasətin tərkib hissəsidir.
Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev BDU və ADU-dan sonra SƏLİS-in təqdimatının Binəqədidə təşkil edilməsi təkcə bu rayonun deputatı olması ilə bağlı deyil, həmçinin yenilikliyə və innovativ layihələrə rayon rəhbərliyinin hər zaman açıq olması ilə izah etdi. Millət vəkili rayon icra hakimyyətinə və YAP-ın Binəqədi rayon təşkilatına tədbirin təşkilinə verdiyi dəstəyə və indiyə qədər həyata keçirilən birgə fəaliyyətə və əməkdaşlığa görə təşəkkür etdi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yaratdığı və dünyada bənzəri olmayan ASAN xidmət və onun fəaliyyəti bizim hamımız üçün ən mükəmməl nümunə və qürur mənbəyidir. Biz dövlət başçısının elektron hökumətə keçidlə bağlı tapşırıqlarını icra etmək, Şuranın göstərdiyi xidmətlərin keyfiyyətini daha da yaxşılaşdırmaq, şəffaflığı və aşkarlığı maksimum həddə çatdırmaq, çevik və effektli idarəetmə sistemini tətbiq etmək, ASAN-ın müəyyən etdiyi yüksək standartlara cavab vermək məqsdəilə 20 elektron xidməti özündə birləşdirən SƏLİS-i yaratdıq.
“Gələn rəylər deməyə əsas verir ki, SƏLİS vətəndaş cəmiyyətinə xidmət edən mühüm yenilik, uğurlu modeldir. Müqavilə imzalama prosesi çox rahat istifadəyə gətirilib, sadələşdirilib. Misal üçün, e-növbə vasitəsilə 20 saniyə növbəyə yazılıb, 1 dəqiqəyə müqavilə imzalamaq mümkündür”-deyən Azay Quliyev “Bu kifayətdirmi?” sualı edərək fikirlərini izah edib. Şura sədrinin sözlərinə görə, layihələrin digər kompanentlərini də elektronlaşdırılıb. Nəzarət, monitorinq, apelyasiya, hesabat, layihələrin qəbulu və idarəedilməsi və demək olar ki, bütün fəaliyyət elektronlaşıb. Qrant müqavilələrinin Ədliyyə Nazirliyində qeydiyyatdan keçməsi haqda bildirişin əldə olunması da elektronlaşıb və beləliklə, QHT-lər Şuraya gəlmədən bildirişləri elektron qaydada əldə edirlər.
“Şura yeganə donor təşkilatdır ki, öz qərarını mübahisələndirməyə şərait yaradır. Bundan başqa fəxrlə deyə bilərik ki, SƏLİS və ona daxil olan elektron vətəndaş proqramı çox unikal sistemdir və deməliyəm ki, dünyada ikinci bir donor yoxdur ki, QHT-lərin layihələrinin qiymətləndirilməsi prosesinə vətəndaşları cəlb edir. Biz bunu tətbiq etməklə qərar qəbulu prosesini tam şəffaflaşıdır və vətəndaşların bu prosesdə yaxından iştirakını təmin edirik. Mən Sizin vasitənizlə vətəndaşlarımıza müraciət edir 14 may-07 iyun tarixlərində qeyd edilən qiymətləndirmədə iştirak etməyə dəvət edirəm” deyərək Azay Quliyev fikrini yekunlaşdırırb.
QHT sədri Billurə Məmmədova söz alıb, SƏLİS xidmətdən yararlanması haqda danışıb. Bildirib ki, az müddətdə növbətə dayanıb, çox qısa müddətdə müqaviləni imzalayıb və bildiriş elektron qaydada əldə edib. QHT-lər üçün SƏLİS xidmət unikal imkandır.
Sonra SƏLİS Xidmətə daxil olan e-vətəndaş xidməti, vətəndaşların istifadə qaydaları, verəcəyi səmərə barədə hazırlanmış təlimat xarakterli video-çarx nümyiş olunub. Video-çarxın nümayişindən sonra Şuranın əməkdaşı Elnur Bağırlının “e-vətəndaş proqramından istifadə qaydalarının təqdimatı” haqqında çıxışı dinlənilib. Tədbirdə iştirakçılar arasından könüllü olaraq seçilən Binəqədi sakini İsa Bayramov e-vətəndaş xidmətindən ilk yararlananlardan olub. Belə ki, e-vətəndaş xidmətinə qoşulmaq üçün tələb olunan sadə prosedur qaydaları reallaşdıran İ. Bayramovun e-vətəndaş olması prosesi tədbir iştirakçılarına əyani nümayiş etdirilib.

Sonra Binəqədi sakinlərini maraqlandıran suallar dinlənilib, suallar cavablandırılıb.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )