“Dəyərlərimizi öyrənək” layihəsi çərçivəsində növbəti intellektual yarış Sumqayıt şəhərində keçirilib - (+FOTOLAR)

“Dəyərlərimizi öyrənək” layihəsi çərçivəsində növbəti intellektual yarış Sumqayıt şəhərində keçirilib (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, aprelin 30-da Sumqayıt şəhərində Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə “Dəyərlərimizi öyrənək” adlı layihə çərçivəsində məktəblilər arasında intellektual yarış keçirilib. Yarışda Sumqayıt şəhərindəki məktəblərin yuxarı sinif şagirdlərindən ibarət 12 komanda iştirak edib. Suallar əsasən Azərbaycan xalqının sahib olduğu dəyərlər, tariximiz, mədəniyyətimiz, ümumi dünyagörüşü və s. mövzuları əhatə edib.

İştirakçılara uğurlar arzulayan Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov bildirib ki, yarışın əsas məqsədi sahib olduğumuz milli və mənəvi dəyərləri gənclərə aşılamaq, onların intellektual səviyyəsinin artırılmasına, məntiqi təfəkkürünün inkişaf etdirilməsinə dəstək göstərməkdir.
Məktəblilər arasında dəyərlərimizin təbliği istiqamətində bu cür intellektual yarışların keçirilməsinin əhəmiyyətini vurğulayan Sumqayıt şəhər Təhsil şöbəsinin nümayəndəsi Əlhəddin Paşayev iştirakçılara uğurlar arzulayıb.

Maraqlı mübarizə və rəqabət şəraitində keçən yarışda fərqlənən şagirdlər diplom və sertifikatlarla mükafatlandırılıb.

Qeyd edək ki, Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Dəyərlərimizi öyrənək” adlı layihə çərçivəsində ölkənin 9 müxtəlif regionunda intellektual yarışların təşkil edilməsi və final mərhələsinin Bakı şəhərində keçriliməsi nəzərdə tutulur.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )