"Səyyar Gənclər evi: Səyyar təlim" layihəsi bu dəfə də Xaldan qəsəbəsində baş tutub - (+FOTOLAR)

"Səyyar Gənclər evi: Səyyar təlim" layihəsi bu dəfə də Xaldan qəsəbəsində baş tutub (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Mingəçevir Gənclər evinin əməkdaşları region gəncləri ilə bir arada
"Mingəçevir Gənclər evi"nin uzunmüddətli inkişaf proqramı olan "Səyyar Gənclər evi: Səyyar təlim" layihəsi bu dəfə Xaldan qəsəbəsində yerləşən kompleks tam orta məktəbində reallaşıb. Orta məktəbin yuxarı sinif şagirdlərinin iştirakı ilə keçirilən layihə zamanı 5 əsas istiqamət üzrə təlim və yarışlar keçirilib.

İlk öncə Mingəçevir Gənclər evinin əməkdaşı Rəşad Qurbanov layihənin məqsəd və vəzifələri haqqında iştirakçılara məlumat verib.

Daha sonra layihənin formatına uyğun olaraq aşağıdakı təlim və yarışlar təşkil edilib:

- Peşə seçimi ilə bağlı məlumatlandırma təlimi

- Könüllük fəaliyyəti haqqında təlim

- Natiqlik, debat təlimi

- NHN formatında intellektual yarış

- Məntiqi inkişaf üçün xüsusi tapşırıqların yerinə yetirilməsi yarışı

Təlimlərdə və yarışlarda fərqlənən gənclər Gənclər Evi tərəfindən sertifikat və hədiyyələrlə təltif edilib.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                          

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !