Enerji Alternativlərinin Uzunməqsədli Planlaşdırılması Sistemi üzrə treninq keçirilir -

Enerji Alternativlərinin Uzunməqsədli Planlaşdırılması Sistemi üzrə treninq keçirilir

 AZpress.AZ xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı və BMT İnkişaf Proqramının dəstəyi ilə Milli Hidrometeorologiya Departamentinin mütəxəssislərinəEnerji Alternativlərinin Uzunməqsədli Planlaşdırılması Sistemi (LEAP) üzrə treninq keçirilir.

Azərbaycanda ilk dəfə tətbiq olunacaq LEAP proqram təminatı sistemi üzrə treninq sözügedən təşkilatın eksperti Taylor Binnington tərəfindən keçirilir və 5 gün davam edəcək.Stokholm Ətraf Mühit İnstitutu tərəfindən hazırlanmış proqram təminatı sistemi olan LEAP modelinin əsas funksiyası iqlim dəyişmələrinin təsirinin azaldılmasının qiymətləndirilməsi və enerji siyasətinin təhlilindən ibarətdir.

LEAP hazırda istilik effekti yaradan qazların təsirlərinin azaldılmasının qiymətləndirilməsini və enerji resurslarının inteqrə olunmuş planlaşdırılmasını, həmçinin Aşağı Emissiya İnkişafı Strategiyalarını (LEDS) həyata keçirən bir çox dövlətlərin, xüsusən də inkişaf etməkdə olan ölkələrin istifadə etdikləri effektiv proqram təminatıdır və xeyli müddətdir ki, dünyada ekologiya və energetika üzrə ixtisaslaşmış təşkilatlar tərəfindən istifadə olunur.

Qeyd edək ki, ETSN-də ekologiyanın müxtəlif sahələri üzrə kadr potensialının gücləndirilməsi, beynəlxalq təcrübənin tətbiq edilməsi istiqamətində fəaliyyət davam etdirilir.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                          

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !