Faiq Ağayevə vəzifə verildi -

Faiq Ağayevə vəzifə verildi

 Xalq artisti Faiq Ağayevə vəzifə verilib.

Open.az-ın məlumatına görə, müğənni “Azad Azərbaycan”(ATV) televiziyasında Bədii Şuraya üzv seçilib.

Bu barədə Ağayevin özü şəxsi “Facebook” hesabında yazıb.

“ATV-nin Bədii Şurası ilk iclasını keçirdi. Əsaslı fikir mübadiləsi oldu, yaranmış probləmlərin həll yolları müzakirə edildi, yayımın keyfiyyətinə yönəlmiş əməli təkliflər səsləndi.

Yerli TV-lərə qarşı cəmiyyət olaraq bildirdiyimiz narazılığa, irəli sürdüyümüz iradlara səbəb olan çatışmazlıqları aradan götürmək üçün bu məsuliyyətli vəzifədə də bilik və bacarığımı maksimum dərəcədə sərf edəcəyəm”

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )