“Azərbaycan və Estoniya” Dostluq Konserti keçiriləcək -

“Azərbaycan və Estoniya” Dostluq Konserti keçiriləcək

https://www.facebook.com/groups/250993438794052/ 

 

“Mədəni Əlaqələrin İnkişafına Dəstək” (MƏİDİB) ictimai birliyi “Estoniyada Azərbaycan mədəniyyətinin təbliğinə həsr olunmuş konsert proqramının təşkili” layihəsinin icrasına başlayır. Layihə Azərbaycan Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu il üçün nəzərdə tutulan I Qrant müsabiqəsində qalib olmuşdur. Qeyd edək ki, qalib layihənin may ayının 16-sı Estoniyanın Tallin şəhərində, Estoniya Teatr və Musiqi Akademiyasının (ETMA) konsert salonunda keçiriləcəyi planlaşdırılır. Tədbirin ərsəyə gəlməsində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) və ETMA yaxından iştirak edir. Layihənin əsas məqsədi Azərbaycan musiqisini beynəlxalq arenada təbliğ etmək, istedadlı gənclərimizi geniş auditoriyaya tanıtmaqdan ibarətdir. Layihə çərçivəsində Azərbaycan və Estoniya arasında qarşılıqlı təhsil və mədəniyyət körpüsü yaradılacaq. Həmçinin Bakı Musiqi Akademiyasının tələbə və müəllim heyəti- BMA-nın Beynəlxalq Əlaqələr və Tərbiyə işləri üzrə prorektoru, xalq artisti Yeganə Axundova (piano), MƏİDİB sədri, BMA-nın doktorantı və əməkdaşı İlahə İsrafilova (bəstəkar), beynəlxalq müsabiqə laureatları- Ümidə Abbasova (skripka), Fəqan Həsənli (piano), Atabəy İsmayılov (tar), ETMA müəllim və tələbə heyəti ilə bir səhnəni bölüşəcək. Konsert proqramında Azərbaycan və Estoniya bəstəkarlarının əsərləri səslənəcək.

 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )