“Səssiz Qəhrəman” Jest dili təlimləri yekunlaşıb - (+FOTOLAR)

“Səssiz Qəhrəman” Jest dili təlimləri yekunlaşıb (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, cari ilin 28 aprel tarixində Xeyirxah Platforması və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının jest dili üzrə tanınmış təlimçi Nuranə Abıyevanın təqdimatında reallaşdırdığı “Səssiz Qəhrəman” jest dili təlimləri adlı layihənin bağlanış tədbiri keçirilib.

Xeyirxah Platformasından verilən məlumata görə, layihə çərçivəsində hazırlanmış 20 ədəd video dərslik “youtube” kanalı üzərindən təqdim olunub. İştirakçılar isə interaktiv təlim və müzakirələrdə iştirak etməklə jest dilində bacarıqlara yiyələnib.

Bağlanış tədbirində təlimləri uğurla başa vuran iştirakçılara layihədə fəal iştirakına görə sertifikatlar təqdim olundu.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :       

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )