Qafqaz florasının məşhur tədqiqatçısı AMEA Botanika İnstitutuna səfər edib - (+FOTO)

Qafqaz florasının məşhur tədqiqatçısı AMEA Botanika İnstitutuna səfər edib (+FOTO)

 AZpress.AZ xəbər verir ki, Kuban Dövlət Universitetinin professoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü S.A.Litvinskaya AMEA Botanika İnstitutunda elmi ezamiyyətdə olmuşdur. İnstitutun direktoru, akademik Validə Əlizadə, Ekosistemlərin fitososiologiyası laboratoriyasının müdiri, b.ü.e.d. Naibə Mehdiyevanın iştirakı ilə keçən görüşdə qonağa İnstitutun elmi-tədqiqat istiqamətləri, beynəlxalq əlaqələri, həyata keçirilən müştərək layihələr və yenidənqurma işləri haqda ətraflı məlumat verilib. Qonaq İnstitutda müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalar, Botanika muzeyi və Herbari Fondu ilə tanış olub. Herbari Fondunda saxlanılan yerli və xarici floraya aid herbari nümunələrinin toplanması və hazırlanması, onların saxlanılma şəraiti və Virtual Herbari Məlumat Bazasına daxil edilməsi üzrə aparılan müasir istiqamətli işlərə xüsusi maraq göstərib. Botanika İnstitutunun müasir vəziyyətini və əməkdaşlıq perspektivlərini yüksək qiymətləndirən S.Litvinskaya təşkilatlararası təcrübəmübadiləsi vəmeşə ekosistemlərinin öyrənilməsi üzrə geniş imkanların olduğunu vurğulayıb.

İnstitut əməkdaşlarının iştirakı ilə təşkil olunmuş seminarda apardığı tədqiqat işlərinin nəticələrinə dair «О сохранении природных ресурсов прибрежной зоны Азовского моря для восстановления естесственной среды обитания Приазовья» və «Биоразнообразие флоры и растительности Северо-западного Кавказа» mövzularında məruzə edib. Təqdim edilən mövzular və müxtəlif botaniki problemlər ətrafında geniş müzakirələr aparılıb.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :       

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )