AMEA Botanika İnstitutunda məktəblilərin açıq dərsi keçirilib - (+FOTOLAR)

AMEA Botanika İnstitutunda məktəblilərin açıq dərsi keçirilib (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Bakı şəhəri akademik Zərifə Əliyeva adına liseyin IX sinif şagirdləri bilogiya müəllimi Nataliya Qurbanovanın rəhbərliyi ilə AMEA Botanika İnstitutunda açıq dərs təşkil edilmişdir. Biologiya fənninə marağın artırılması məqsədilə keçirilən açıq dərsdəİnstitutun Alqologiya və lixenobriologiya laboratoriyasının müdiri, b.ü.f.d. Şəkər Muxtarovaməktəblilərəbitkilərin növ müxtəlifliyi, Azərbaycanın Qırmızı kitabı və endem bitkilərimövzuları üzrə məruzə edib.Azərbaycan florasına aid endem və nadir bitkilər, dərman bitkiləri və s. bitkilərin təbii yayılma əraziləri, onların əhəmiyyəti, mühafizə problemləri haqda da geniş məlumat əldə ediblər. Dərs şagirdlərin botanika fənni üzrə qazandıqları biliklərin ümumiləşdirilməsi və dərindən mənimsənilməsi üçün əhəmiyyətli olub.

Şagirdlərə Azərbaycanın zəngin bitki müxtəlifliyi, onların qorunmasında və tədqiqində İnstitutun Herbari Fondunun rolu haqqında b.ü.f.d. Pərvanə Qaraxni tərəfindən geniş məlumat verilib, burada saxlanılan bəzi tarixi nüsxələr göstərilib.Həmçinin, mikologiya və algologiya üzrə yenilənmiş herbari kolleksiyası, Botanika Muzeyində nümayiş olunan Hirkan meşələrinin bəzi relikt ağac növlərini əks etdirən “Azərbaycanın yaşıl xəzinəsi” adlı sərgi və interaktiv xəritədə məktəblilərdə böyük maraqyaradıb.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :       

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                               

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !