“Narkomaniyaya və Zorakılığa Qarşı Mübarizə üzrə Gənclərin Regional Forumu”... - + FOTOLAR ( AZpress.AZ - İ.Mais, Ağcabədi)

“Narkomaniyaya və Zorakılığa Qarşı Mübarizə üzrə Gənclərin Regional Forumu”... + FOTOLAR ( AZpress.AZ - İ.Mais, Ağcabədi)

https://www.facebook.com/groups/232461030668048/ 

 

2-3 may 2019-cu il tarixlərində Ağcabədi rayonunda Ağcabədi rayon İcra Hakimiyyəti, YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının,Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ Regional Ofisinin təşəbbüsü və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının, BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycan nümayəndəliyinin, Ağcabədi rayon Polis şöbəsinin, Rayon Təhsil şöbəsinin birgə əməkdaşlığı ilə 2 günlük “Narkomaniyaya və Zorakılığa Qarşı Mübarizə üzrə Gənclərin Regional Forumu” keçirilmişdir.
AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki,forumun məqsədi region gənclərinin sağlamlıq məsələlərinə diqqəti artırmaq, sağlam həyat tərzinin təbliği istiqamətində maarifləndirmə işləri aparmaq, bu sahədə yeni təşəbbüslərin formalaşmasına dəstək vermək, o cümlədən gənclər arasında narkomaniyaya və zorakılığa qarşı mübarizə üzrə birgə əməkdaşlıq imkanları yaratmaqdır.
May ayının 2-də Ağcabədi rayon “Qarabağ” Muğam Mərkəzində keçirilən birinci tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının 1 müavini, YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məsul əməkdaşı Tural Hüseynzadə, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının əməkdaşı Raqif Allahverdiyev, BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycan nümayəndəliyinin əməkdaşı Elmir Valehli, Ağcabədi rayon Polis Şöbəsi, Ağcabədi rayon Təhsil şöbəsi əməkdaşları iştirak etmiş, gənclərə fikirlərini bölüşmüşlər.
May ayının 3-də YAP Ağcabədi rayon təşkilatının inzibati binasında Forumun davamı olaraq yeniyetmə və gənclər üçün “ Narkotiklər haqqında həqiqəti öyrənək”, “Azərbaycanda Uşaq Müdafiə sistemi”, “Uşaq hüquqları”, Zorakılığa məruz qalmış uşaqların ailələri ilə aparılan sosial-psixoloji profilaktika” “İntihar hallarının səbəbləri və profilaktikası” mövzusunda təlim-seminar keçirilmişdir.
Seminarda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Tural Hüseynzadə, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının əməkdaşı Raqif Allahverdiyev, Azərbaycan Dövlət Pedaqoji Unuversitetinin Ağcabədi filialının müəllimləri Tahir Kərimli və Aygün Əlizadə çıxış etmiş və gəncləri maraqlandıran suallara cavab vermişlər.
Tədbirdə film- slayd nümayiş etdirilmiş və iştirakçılara maarifləndirici bukletlər paylanmışdır.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )