Abşeronda Nəsiminin 650 illik yubileyi qeyd olundu - (+FOTOLAR)

Abşeronda Nəsiminin 650 illik yubileyi qeyd olundu (+FOTOLAR)

https://www.facebook.com/groups/250993438794052/ 

 

Abşeron rayon icra hakimiyyətinin, Qobu qəsəbə Uşaq İncəsənət Məktəbinin və Qobu qəsəbə 3 nömrəli tam orta məktəbin

birgə təşkilatçılığı ilə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Prezident İlham Əliyevin İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və Azərbaycanda “Nəsimi ili”nin elan edilməsi haqqında sərəncamlarına əsasən təşkil olunan yubiley mərasimində Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov, rayon Təhsil şöbəsinin müdiri Nazilə Məmmədova, qəsəbə sakinləri və qonaqlar iştirak ediblər.

 

Əvvəlcə İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə hazırlanmış sərgiyə baxış olub.

Qobu Mədəniyyət mərkəzində düzənlənmiş tədbirdə qədim musiqi alətlərinin və sufi musiqisi elementlərinin müşayiəti ilə Nəsiminin qəzəllərindən ibarət muğam konserti təşkil edilib. Qobu qəsəbə 3 nömrəli tam orta məktəbin şagirdləri isə Nəsiminin qəzəlləri əsasında “Haqq mənəm” adlı ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.

 

Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov, rayon Təhsil şöbəsinin müdiri Nazilə Məmmədova, Qobu qəsəbə Uşaq İncəsənət Məktəbinin müdiri Azər Bayramov və Qobu qəsəbə 3 nömrəli tam orta məktəbin direktoru Xuraman Behbudova

Nəsiminin həyat və yaradıcılığından, yaşadığı dövrdən, onun təbliğ etdiyi hürufilik dini-fəlsəfi təlimindən, şairin əsərlərinin dil və üslub xüsusiyyətlərindən bəhs edib, görkəmli Azərbaycan şairinin zəngin bədii irsinin tədqiqi istiqamətində aparılan işlərdən danışıblar.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !