2 binanın sakinləri etiraz etdi: - "35 illik ağacları məhv edirlər" (ViDEO+FOTOLAR)

2 binanın sakinləri etiraz etdi: "35 illik ağacları məhv edirlər" (ViDEO+FOTOLAR)

https://www.facebook.com/groups/984665661568872/ 

 

Mayın 4-də Bakı şəhəri, Xətai rayonu, M. Hadi küçəsində iki binanın sakinləri etiraz ediblər.

Etirazlarının səbəbi isə yaşadıqları binanın arasında yerləşən sahənin başqa bir şəxs tərəfindən çəpərlənməsi olub. Sakinlər hesab edirlər ki, bu ərazidə heç bir tikiliyə icazə verilə bilməz. Belə ki, əllərində olan sənədə əsasən 2017 ci ilin may ayında Bakı Şəhər İcra Hakimiyyətinin göstərişi ilə, ərazidə şəxsi olaraq istifadə olunan bağların çəpərləri sökülmüş və ərazi ümumi olaraq bina sakinlərinin ixtiyarına verilib.

Həmçinin, sakinlər ərazinin çəpərlənməmişdən əvvəlki foto və videolarını təqdim edərək bildiriblər ki, bu ərazi 35 ildi yaşıllıqla əhatə olnmuşdu. Çəpərlənmədən sonra isə 130 a yaxın ağacın bəziləri başqa ərazilərə köçürülüb, köçürülə bilməyənləri isə gecə vaxtı kökündən kəsiblər.

 

 

Sakinlərin etiraz ərizəsi

 

Musavat.com olaraq qarşı tərəfin də fikirlərini də öyrəndik. Özünü ərazinin sahibi olduğunu bildirən Temirov Rüstəm Həsrət Əli oğlu bütün sənədlərinin qaydasında olduğunu və sakinlərin etirazını əsassız sayıb. O, bildirib ki, sakinlər məndən bu əraziyə görə pul istədilər, vermədiyimi gördükdə isə bu addımı atdılar. Kəsilən ağaclara gəldikdə isə o, həmin ağacların kəsilməsindən xəbərsiz olduğunu bildirib.

 

Sonda etiraz edən sakinlər imza toplayaraq sənədləri aidiyyatı qurumlara göndəriblər, çəpərləri sökərək, əraziyə yenidən ağaclar əkiblər.

Bu gün də ərazidə gərginlik davam edir. Əraziyə yerli qurumun nümayəndələri və sahə mühəndisləri də baş çəkib. Onlar sakinlərlə görüşüb və bildiriblər ki, bu ərazidə heç bir tikili olmayacaq. Yerində isə park salınacağı açıqlanıb.

Daha ətraflı videomatrealımızda:

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !