“Azərbaycan xalçaları” elmi-publisistik jurnalının yeni sayı nəşr olunub - (+FOTOLAR)

“Azərbaycan xalçaları” elmi-publisistik jurnalının yeni sayı nəşr olunub (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, “Azər-İlmə” Xalçaçılıq Mərkəzinin və Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin birgə təsisçiliyi ilə nəşr olunan “Azərbaycan xalçaları” elmi-publisistik jurnalının yeni sayı işıq üzü görüb. Sənətşünaslıq və tarix ixtisasları üzrə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmi nəşrləri sırasında olan jurnalda rəsmi xronika, sənətşünaslıq, tarixşünaslıq, ayrı-ayrı xalq tətbiqi sahələrini əhatə edən müəllif yazıları, reportajlar, elmi məqalələr yer alıb.

Jurnalın bu sayında t.e.d. Camal Mustafayevin “XIX-XX əsrin əvvəllərində Quba bölgəsində xalça məmulatı istehsalı” (AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu), t.e.d., prof. Vidadi Muradovun “Nabur və naburlular” (AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu), akademik İsmayıl Hacıyevin “Naxçıvanın ilkin şəhər mədəniyyəti və Duzdağ” (AMEA Naxçıvan Bölməsi),AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin “Naxçıvanda xalçaçılıq:tarix və müasirlik” (AMEA Naxçıvan Bölməsinin Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutu), sənətşünaslıq doktoru, prof. Telman İbrahimovun “Qarabağın “Qasımuşağı” xalçası” (Azərbaycan Dövlət Rəssamlıq Akademiyası), f.ü.f.d. İbrahim Quliyevin “Səfəvilər dövründə dini-fəlsəfi mədəniyyətin inkişaf tarixində Azərbaycan alimlərinin rolu” (AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu), Aygün Quliyevanın “Maştağada keçəçilik sənətinə dair” (AMEA Milli Azərbaycan Tarixi Muzeyi), t.ü.f.d., dos. Bilal Dədəyevin “Təbrizdən Osmanlı dövlətinə sürgün edilən azərbaycanlı nəqqaşlar” (Bakı Mühəndislik Universiteti), f.ü.f.d. Almara Nəbiyevanın “Milli gəlinlik libası” (Bakı Dövlət Universiteti), sənət.ü.f.d. Ələkbər Qasımovun “Naxçıvanın şəhərsalma ənənələri”, f.ü.f.d. Elxan Məmmədovun “Uşaq folklorunda oyunların tədqiqi və təbliğinə yeni baxış” (AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu), t.ü.f.d. Şamil Nəcəfov, t.ü.f.d. Anar Ağalarzadə, t.ü.f.d. Vaqif Əsədov və Fərhad Fərmanovun “Azərbaycan ərazisindən tapılmış yeni abidələr və maddi-mədəniyyət nümunələri” (AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu), fəlsəfə doktoru Xanna Rudıkın “Kiyevin Xanenko muzeyinin kolleksiyasında Azərbaycan xalçaları” (Ukrayna)və s. kimi məqalələr yer almışdır.

Jurnalın baş redaktoru Əməkdar incəsənət xadimi, tarix elmləri doktoru, professor Vidadi Muradovdur.
Oxucular jurnalın elektron variantı ilə azerilme.az/Azerbaycan-xalcalari/2018N28-29/  ünvanında tanış ola bilərlər.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                          

 

***************************************************************************************
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +  F  O  T  O    
ç ə k i l i ş
-lərini
aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 ***************************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )