Şairə Pəri Rəncbərli "Günəşin Nuru" verilişində qonaq oldu. -

Şairə Pəri Rəncbərli "Günəşin Nuru" verilişində qonaq oldu.

 Şairə Pəri Rəncbərli Qərbi Azərbaycanın Rəncbər kəndində anadan olub. Onun doğma yurduna bağlılığı illər sonra şeiriyyata başlayarkən əlinə aldığı qələmlə özünə Rəncbərli imzasını götürməyə təkan olub. Hal-hazırda MSK-nin "Cihazlaşdırma" zavodunda baş mühasib işləyən Pəri xanım sevilərək oxunan "Mənə yaşamağı öyrədən sənsən" , " Bağışla sevgilim, bağışla məni" və " Sənsizəm" adılı kitabların müəllifidir. Xasiyyətcə çox mülayim, mehriban biri olduğu kimi, həm də gənc və istedadlı gənclərin dəstəyidir Pəri xanım. Elə bu məqsədlə də bu yaxınlarda gənc şairə Esmira Günəşin " Günəşin Nuru" verilişində qonaq olan Pəri xanım, bir çox istedadlı gənclərdə özgüvən hissinin yaranmasına səbəb oldu. Veriliş çox gözəl alındı. Bir-birindən maraqlı mövzulara toxunan aparıcının suallarına, maraqlı fikirlər bildirən qonaqlar da çox razı qaldılar, verilişi izləyən izləyicilər də. Verilişin sonunda Pəri xanım gətirdiyi kitablarını imzalayaraq qonaqlara hədiyyə etdərək, Esmira Günəşə verilişinin hələ bir çox gəncə təkan olacağını, bu gözəl işdə uğurlar arzuladığını bildirdi.
Biz isə sonda oxucularımıza Pəri Rəncbərlinin bir neçə şeirini təqdim edirik.