Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun elmi işçilərinin məqaləsi “Acta Crystallographica Section D” jurnalında nəşr edilmişdir - (+FOTOLAR)

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun elmi işçilərinin məqaləsi “Acta Crystallographica Section D” jurnalında nəşr edilmişdir (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun beynəlxalq “Hesablama Struktur Biologiyası” laboratoriyasının elmi işçisi Rəfiqə Məsməliyeva və laboratoriyanın müdiri professor Qərib Mürşüdovun həmmüəllif olduqları “Makromolekulyar B kəmiyyətlərinin analiz və validasiyası” adlı məqalə Beynəlxalq Kristalloqrafiya Birliyinin nüfuzlu “Acta Crystallographica Section D” jurnalında nəşr edilmişdir. Məqalədə makromolekulyar quruluşların yoxlanılması üçün yeni metod təklif olunmuşdur. Qeyd edək ki, Qərib Mürşüdov eyni zamanda Kembric şəhərində yerləşən Tibbi Tədqiqatlar Şurasının (MRC) Molekulyar Biologiya İnstitutunda Hesablama Struktur Biologiyası qrupunun rəhbəridir.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )