Cİ ƏMƏKDAŞININ KİÇİK AKADEMİYA ÜZVLƏRİ İLƏ NÖVBƏTİ GÖRÜŞÜ keçirilib -

Cİ ƏMƏKDAŞININ “KİÇİK AKADEMİYA” ÜZVLƏRİ İLƏ NÖVBƏTİ GÖRÜŞÜ keçirilib

 AZpress.AZ xəbər verir ki, AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu Demoqrafiya və əhali coğrafiyası şöbəsinin böyük elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Etibar Bədəlov növbəti olaraq Suraxanı rayonunun Bülbülə qəsəbəsində yerləşən 232 saylı məktəbdə olub, “Kiçik Akademiya” üzvlərinin təqdimat mərasimində iştirak edib.

“Elmdən təhsilə” elm və təhsilin inteqrasiyası proqramına uyğun olaraq orta məktəblərdə “kiçik akademiya”ların fəaliyyətinin gücləndirilməsi məqsədilə təşkil edilən yığıncaqda Bakı Şəhər Təhsil İdarənin nümayəndələri, məktəb direktorları, kiçik akademiyaların rəhbərləri, müəllim və şagirdlər iştirak ediblər.
Tədbirdə çıxış edən E.Bədəlov təmsil etdiyi Coğrafiya İnstitutu ilə məktəb arasında mövcud olan sıx əlaqələrdən, İnstitut əməkdaşlarının dəfələrlə “Kiçik Akademiya” üzvləri ilə məktəbdə və Coğrafiya İnstitutunda baş tutan görüşlərindən, bu tədbirlərin şagirdlərin potensial imkanlarının üzə çıxarılmasında, onlarda elmi tədqiqatlara və elmi yaradıcılığa marağın artmasına müsbət təsirindən və sairdən söhbət açıb.

Yarandığı gündən uğurla fəaliyyət göstərən “Kiçik Akademiya”nın üzvləri gördükləri işlər barədə tədbir iştirakçıları ilə bölüşüblər. Görüşdə iştirak edən məktəb direktorları bu “akademiyanın” müsbət təcrübəsindən yararlandıqlarını və ondan öz işlərində istifadə edəcəklərini diqqətə çatdırıblar.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                          

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !