“Nəsimi ili” çərçivəsində növbəti yubiley tədbiri keçirilmişdir -

“Nəsimi ili” çərçivəsində növbəti yubiley tədbiri keçirilmişdir

 AZpress.AZ xəbər verir ki, bu gün, may ayının 7-də Bakı şəhər Mədəniyyət Baş İdarəsinin M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanası Yasamal rayon 167 №-li tam orta məktəblə birgə Azərbaycanın böyük şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650illik yubileyi və “Nəsimi ili” ilə əlaqədar tədbir təşkil etdi.
Tədbiri giriş sözü ilə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Gülnarə Qafarova açaraq, İmadəddin Nəsiminin Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustadlarından biri olduğunu vurğuladı.

8-ci, 9-cu və 11-ci sinif şagirdləri Rəvan Hüseynov, Zümrüd Babazadə, Hacıməmməd Mahmudov, Çiçək Cəfərova, Fidan Cavadzadə, Emin Hümmətov şairin qəzəllərindən parçalar söylədilər. Nəsimi filmindən fraqmentlər nümayiş olundu.

Sonra Mərkəzi Kitabxananın əməkdaşı İradə Hüseynova çıxış edərək şairin həyatından və onun lirik şeyirlərindən məlumat verdi.

Məktəbin direktoru Qasım Qasımov Mərkəzi Kitabxananın kollektivinə təşəkkürünü bildirdi və belə tədbirlərin davamlı olmasını arzuladı.

Sonda Mərkəzi Kitabxananın Nəsiminin kitablarından ibarət hazırladığı sərgiyə və “Nəsimi ili” stendə baxış keçirildi.

www.youtube.com/watch

www.youtube.com/watch

www.youtube.com/watch

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )