Ağcabədidə konfrans keçirilmişdir - + FOTOLAR (AZpress.AZ İ.Mais, Ağcabədi)

Ağcabədidə konfrans keçirilmişdir + FOTOLAR (AZpress.AZ – İ.Mais, Ağcabədi)

https://www.facebook.com/groups/232461030668048/ 

 

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Dillər Universitetinin, Yeni Azərbaycan Partiyasının birgə təşkilatçılığı ilə “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda II Beynəlxalq Elmi Konfrans çərçivəsində 07 may 2019-cu il tarixdə Ağcabədi rayonunda yerləşən 556 ailəlik məcburi köçkün qəsəbəsində yerləşən Xocavənd rayon Xocavənd kənd 1 saylı köçkün tam orta məktəbdə konfrans keçirilmişdir.
AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, konfransı YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov açaraq, qonaqları salamlamış, konfransın Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı il ildönümü münasibətilə keçirilən Beynəlxalq Elmi Konfransın davamı olaraq bölgələrdə davam etdiyini bildirmiş, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın Dövlətçiliyi və xalqımız qarşısındakı misilsiz xidmətləri barədə məlumat vermişdir.
Konfransda Azərbaycan Dillər Universitetinin dosenti Ceyhun Alıyev “Multikulturalizm və dini identiklik” mövzusunda, Azərbaycan Dillər Universitetinin müəllimi, İqtisadiyyat üzrə fəlsəfə doktoru Şəfəq Abdullayeva “Heydər Əliyev-Azərbaycançılıq ideologiyası və multikulturalizm” mövzusunda, Azərbaycan Dillər Universitetinin müəllimi, İqtisadiyyat üzrə fəlsəfə doktoru Sevda Məhərrəmova “Multikulturalizm Azərbaycanda Beynəlxalq münasibətlərin elementi kimi” mövzusunda, Xocavənd rayon Xocavənd kənd 1 saylı köçkün məktəbinin müəllimi Gülbuta Tahirova “Heydər Əliyevin gənc nəslə tövsiyələri ” mövzusunda, həmin məktəbin müəllimi Mehriban Behbudlu “Heydər Əliyev və Azərbaycan məktəbi” mövzusunda çıxış etmişlər.
Tədbirin sonunda Xocavənd rayon Xocavənd kənd 1 saylı köçkün tam orta məktəbin V sinif şagirdi Sərmayə Mehralıyeva şeir söyləmiş, məktəbin direktoru Sürəyya Məmmədova tədbirdə iştirak etdiklərinə görə qonaqlara öz təşəkkürünü bildirmiş, ucqarda yerləşən bir köçkün məktəbində Beynəlxalq konfransın təşkili üçün öz minnətdarlığını ifadə etmişdir.


Fotomüxbir Mais Amin AZpress.AZ

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )