Çəki daşının itməkliyi... - - Əli NƏCƏFXANLI xatırladı

Çəki daşının itməkliyi... - Əli NƏCƏFXANLI xatırladı

www.facebook.com/groups/458090628035596/

 

Meyxoş Abdullahın "Ədəbiyyat qəzeti"ndə dərc olunmuş "Çəki daşı" xatirə-hekayəsi mənə xoş təsir bağışladı. Bu, ayrı bir həzz idi. İndiyədək Cəlilabadda yaşayıb yaradan yazarın bir çox əsərini oxumuş və duyğulanmışdım. Amma ovqat durumumla bağlıydımı, müəllifin get-gedə daha da ustalaşması səbəbindəndimi, bilmirəm - bu hekayə məni qanadlarına alıb çox uzaqlara apardı. Nənə sevgisini, uşaqlıq xatirələrini, dolanacaq dərdlərini, halallıq örnəklərini bunca sənətkarcasına qələmə almaq yalnız böyük ədəbi fəhmi olan qələm sahiblərinə xas cəhətdir.
Hekayənin ibrət dərsləri, ailə müqəddəsliyinin, bin-bərəkət təşnəliyinin sadədən-sadə misallarla təsviri heyranlıq doğurur. Dərin məna qatları adamı elə dərinliklərə çəkib aparır ki... Unudulmaz Şəhriyarın "Heydərbabaya salam" poemasında belə bir misra var: "Söz-söhbəti ağızlar kişmişiydi...". Desəm ki, mən "Çəki daşı"nı həmin kişmiş kimi yedim, inanın.Cənub koloriti duyulan bədii dili də kişmiş şirinliyindədir.
İndi də dostumun hekayəsini mənə daha da doğmalaşdıran bir-ikicəhət barədə. Söhbət Ağca nənədən gedir - mənim də nənəmin adı Ağca idi. Meyxoşun nənəsinin "ağ, bir azca uzunsov sifəti, nazik qaşları onu elə gözəl göstərirdi ki... Geyim-kecimi nimdaş olsa da, həmişə səliqəli olardı -mənim Ağca nənəm də eynən eləydi. "Üst-başından həmişə gülab iysi gəlırdi. Başımızı onun dizinin üstə qoyub mürgüləyəndə, hardasa güllü-çiçəkli sehrli bir aləmə düşmüş kimi özümüzü hiss edirdik".
"Uzun taxtalı tumanı ayağının altında yerlə sürünərdi. İş görən zaman isə tumanının ətəyini dürmələyib qurşağına elə keçirərdi ki, elə bilərdin əyninə enlibalaq şalvar geyinibdir. Yaşı səksəni haqlasa da, çox gözəl qədd-qaməti vardı. Ayda bir dəfə saçlarına xına qoyduğundan, çox da uzun olmayan seyrək saçları qıp-qırmızı rəngdə olardı. Saçlarının qırmızılığı ağ, nazik sifətinə elə yaraşıq verirdi ki..." -Arada çaşıb qalıram ki, Meyxoş mənim nənəmi özəlləşdiribmi, əcaba? Mənim də nənəmin tərəzisi vardi, ikigözlü, ipli tərəzisi. Bostan məhsulları satardı arabir. Dayılarıma, ya da elə nəvələrinə acıqlananda "yazıq arvad hirsini həmin adama deyil, özünə tökərdi". - bu qədər oxşarlıqmı olar, ilahi?! Sandığında, yatağının yanında həmişə hər kəs üçün pay-puçu olardı Ağca nənəmizin. Geyinib-kecinməyi, bəzənib-düzənməyi bir ayrı aləmdi onun...
Meyxoş hekayəsində yazır: “Nehrənin suyunu da sübh tezdən gedib kəndin yuxarı başındakı "Alçalı" bulaqdan gətirərdi. Bulağa camaat yuxudan oyanmamış, səhərin gözü çırtlayanda gedərdi”. Təsəvvür edirsinizmi, mənim Ağca nənəmdə səhərlər kəndin yuxarı başındakı “Alçalı bulaq”a gedər, su gətirərdi. İki Ağca – iki “Alçalı bulaq”.
Meyxoşun Ağca nənəsi 100 il, mənim Ağca nənəmsə 90 il yaşayıb, elin-obanın saflıq mücəssəməsi olublar. Heyif ki, indi həmin "çəki daşları" itib-batıblar.
Nə isə... Bu gözəl hekayəsiylə mənim bir axşamımı gülləndirdi Meyxoş Abdullah. Təbinə qüvvət!


Əli NƏCƏFXANLI

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !