Masallının İcra başçısı Bambaşı kəndində səyyar qəbul-görüş keçirib - + FOTOLAR (AZpress.AZ B.Ağaddin)

Masallının İcra başçısı Bambaşı kəndində səyyar qəbul-görüş keçirib + FOTOLAR (AZpress.AZ – B.Ağaddin)

https://www.facebook.com/groups/232461030668048/ 

 

Mayın 8-də Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Həsənov növbəti səyyar qəbul-görüşünü rayonun Banbaşı kəndində keçirib. AZpress.AZ xəbər verir ki, qəbul-görüşdə 150-dən çox yerli sakin iştirak edib.
İcra başçısı Rafil Hüseynov ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin, eləcə də son vaxtlar əhalinin rifah halının yaxşılaşdırılması, sosial problemlərin həlli istiqamətində Azərbaycan Prezidenti cənab İlham Əliyevin imzaladığı fərman və sərəncamların geniş icmalını verib, regionlara göstərilən diqqəti nəzərə çatdırıb, Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs edib. O, cümlədən cənab Prezidentin tapşırığına əsasən Masallı rayonunda görülən işlər barədə iştirakçıları ətraflı məlumatlandırıb.
Sonra İcra başçısı Rafil Hüseynov narahat edən məsələlər barədə sakinlərin məlumat və təkliflərini dinləyib.
Ərazi sakinlərindən Əzim Əzimov, Akif Feyzullayev, Yadigar Əzizov, Mais Əhədov, Mais Teymurov, Böyükxan Rəhimov, Dövlət Bayramov, Firudin Abışov, Ələşrəf Zeynalov və başqaları çıxış edərək uşaq başçasının tikilməsi, Binə Xocavar kəndara yolunun təmiri, uşaqlara müavinətlərin verilməsi, Binə Xocavarda yeni məktəbin tikilməsi məsələsini gündəmə gətiriblər.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlarını verib. Əksər məsələlər yerində həllini tapıb, digərləri isə nəzarətə götürülüb.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )