Ağdam rayonunda görüş-səyyar qəbulu keçirilib - + FOTOLAR (AZpress.AZ İ.Mais)

Ağdam rayonunda görüş-səyyar qəbulu keçirilib + FOTOLAR (AZpress.AZ – İ.Mais)

6 may 2019- cu il tarixdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin məcburi köçkünlərlə növbəti görüşü-səyyar qəbulu Ağdam rayonunun Quzanlı qəsəbəsi ərazisində fəaliyyət göstərən Ağdam rayonunun Əliağalı kənd Mədəniyyət evinin binasında, həmin ərazidə müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərlə keçirilmişdir.
AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, 174 nəfər laçınlı məcburi köçkünün iştirak etdiyi görüş-səyyar qəbulda çıxış edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli son illər ərzində ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ötən dövr ərzində respublikada görülən işlərdən, şəhid ailələrinə, məcburi köçkünlərə göstərilən diqqət və qayğıdan danışmış, son illər məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı xeyli işlərin görüldüyünü, 100-dən artıq müasir yaşayış kompleksi və qəsəbələrin salındığını, digər köçkünlərlə yanaşı yüzlərlə laçınlı məcburi köçkün ailəsinin də yeni mənzillərlə təmin edildiyini, əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 25 fevral tarixli sərəncamı ilə əhalinin müxtəlif sosial təbəqələrinə verilən müavinətlərin artırılmasının əhalinin rifah halının yaxşılaşdırılması üçün görülən işlərin tərkib hissəsi olduğunu bildirmişdir. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidentinin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və onlara dövlət qayğısının artırılması məqsədilə 2019-cu il 26 fevral tarixli sərəncamı ilə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləğinin 50 faiz artırılması məcburi köçkünlərə yüksək səviyyədə olan dövlət qayğısının bariz nümunəsidir.
Rayon rəhbəri həmçinin çıxışında 2019-cu il 25 aprel tarixdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən Süleyman Rüstəm adına Xarici dillər gimnaziyasına səfəri zamanı həmin gimnaziyanın yardımçı binasının üçüncü mərtəbəsində fəaliyyət göstərən 32 nömrəli Laçın tam orta məktəbinə səfərindən danışmış, ən xoş təəssüratlarını tədbir iştirakçıları ilə bölüşmüşdür. Rayon İcra Hakimiyyətinin başçısı çıxışında Ali Baş Komandan cənab İlham Əliyevin ordu quruculuğu istiqamətində görülən işləri, diplomatiya sahəsindəki uğurlarını qeyd edərək erməni işğalında olan torpaqlarımızın da tezliklə azad ediləcəyinə əminliyini vurğulamışdır.
Səyyar qəbulda 27 nəfər məcburi köçkünün müraciəti dinlənilmişdir. Həmin müraciətlərin mövzusu torpaq məsələsi, modul tipli məktəb binasının quraşdırılması, məktəb binasının təmir olunması, ərazidə yaşayan məcburi köçkünlərin mənzillərlə təmin olunması, içməli su problemi, birdəfəlik maddi köməklik edilməsi, işlə təmin olunma, yeməkxərcinin bərpa olunması, özünüməşğulluq proqramına cəlb olunma, övladının müalicəsinə köməklik olunması, veteran vəsiqəsinin verilməsi, suvarma üçün subartezian quyusunun qazılması və məskunlaşdıqları əraziyə qaz çəkilməsi məsələləri ilə bağlı olmuşdur. Qeyd edilən müraciətlərə baxılması üçün aidiyyəti üzrə konkret tapşırıqlar verilərək, həmin tapşırıqların icrası nəzarətə götürülmüşdür.
Qəbulda Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, həmçinin müvafiq inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin işçiləri iştirak etmişlər.
Səyyar qəbulda iştirak edən rayon sakinləri onlara dövlət tərəfindən göstərilən davamlı diqqət və qayğıya görə Ölkə Prezidenti cənab İlham Əliyevə tükənməz minnətdarlıqlarını bildirmişlər.
Qəbulda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Ağa-Əli Əhmədov, eyni zamanda Ağdam Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Əliyev də iştirak etmişdir.


Fotomüxbir Mais Amin AZpress.AZ
 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

***************************************************************************
 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V   İ   D   E   O    +    F   O   T   O    
ç  ə  k  i  l  i  ş
-lərini
aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !