LƏNKƏRANDA MÖHTƏŞƏM BAYRAM KONSERTİ OLUB - + FOTOLAR (AZpress.AZ B.Ağaddin)

LƏNKƏRANDA MÖHTƏŞƏM BAYRAM KONSERTİ OLUB + FOTOLAR (AZpress.AZ – B.Ağaddin)

https://www.facebook.com/groups/232461030668048/ 

 

Mayın 7-də Heydər Əliyev Fondu və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Lənkəran şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Heydər Əliyev Fondunun yaranmasının 15 illiyinə həsr olunmuş möhtəşəm bayram konserti olub. Ulu Öndərin adını daşıyan Xatirə Parkındakı əzəməli abidəsi önündə keçirilən konsertdə əllərində dövlət bayraqları tutmuş minlərlə lənkəranlı iştirak edib.
Qeyd edək ki, Ümummilli Liderin əziz xatirəsi Lənkəranda həmişə ehtiramla yad olunur. Doğma şəhər və rayonlarının hərtərəfli inkişafında, onun cənub bölgəsinin iqtisadi-mədəni mərkəzinə çevrilməsində dahi rəhbərin əvəzsiz xidmətlərini heç vaxt unutmayan lənkəranlılar bu gün Ulu Öndərin layiqli varisi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin davamlı diqqəti və qayğısı ilə rayonun sosial-iqtisadi və mədəni həyatında qazanılan parlaq nailiyyətlərlə fəxr edib qürur hissi keçirirlər.
Həyata keçirilən genişmiqyaslı quruculuq-abadlıq işləri, yeni istifadəyə verilən sosial obyektlər, ən yüksək səviyyədə yaradılan infrastruktur, eyni zamanda Heydər Əliyev Fondunun xətti ilə görülən işlər sakinlərin rifahını daha da yaxşılaşdırmaqla bərabər onlara tükənməz sevinc bəxş edir.
Lənkəran sakinləri məhz bu sevinc və fərəh hissi ilə bayram konsertinə gəlib hər bir mahnını sürəkli alqışlarla qarşılayıblar. Konsertdə respublikanın tanınmış incəsənət ustaları tamaşaçılara bir-birindən maraqlı mahnı çələngi bəxş ediblər.
Günün sonunadək davam edən bayram konserti atəşfəşanlıqla başa çatıb.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

***************************************************************************
 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V   İ   D   E   O    +    F   O   T   O    
ç  ə  k  i  l  i  ş
-lərini
aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !