Biz Şuşaya tələsirik - - İradə Gülməmmədova Şuşalı şəhid ailələri ilə görüşdü (+FOTOLAR)

“Biz Şuşaya tələsirik” - İradə Gülməmmədova Şuşalı şəhid ailələri ilə görüşdü (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətində Şuşalı şəhid ailələri ilə görüş keçirilib. Şuşa şəhərinin 1992-ci il 8 may tarixində işğalı ilə əlaqədar olaraqbaş tutan görüşdə Azərbaycanın bütövlüyü uğrunda qəhrəmancasına döyüşərək şəhid olan hərbçilərimizin əziz xatirəsi bir dəqiqəlik sukutla yad eilib.
Şuşa şəhərinin Azərbaycanın tarixində çox böyük əhəmiyyətə malik olduğunu, bu şəhərin tarixinin tam araşdırılmadığını bildirən Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova rayonlarımızın işğal günlərində həmin bölgələrdən olan şəhid ailələri ilə gürüşlərin keçirildiyini, bunun da məqsədinin gəclərimizin vətənpərvərlik ruhunda böyüdülməsi, işğal altında olan ərazilərimizin təbliğ edilməsi, onların unudulmamasına çalışmaq olduğunu bildirib.

Azərbaycanda ilk məktəbin məhz Şuşada açıldığını, lakin sovet dövründə bir çox tarixi faktların bilərəkdən saxtalaşdırıldığını söyləyən başçı bu şəhərintəkcə mədəniyyət beşiyi olmadığını, eyni zamanda elmi mərkəz funksiyasını yerinə yetirdiyini deyib.
Prezident İlham Əliyevin işğala məruz qalan ərazilərimizin sülh yolu ilə geri qaytaramağa çalışdığını, lakin bu mümkün olmadıqda hərbi yolla rayonlarımızın azad ediləcəyini vurğulayan başçı əlavə edib ki, Azərbaycan əsgərlərinin uğurlu hərbi əməliyyatlar bu inamımızı bir daha möhkəmləndirib.

Daha sonra Şuşadan olan şəhid ailələri torpaqlarımızın tezliklə azad ediləcəyinə, məcburi köçkünlərin ata-baba yurdlarına dönəcəklərinə inandıqlarını bildirərək onlara göstərilən qayğı və diqqətə görə minnətdarlıqlarını bildiriblər. “Biz Şuşaya tələsirik” - deyən şəhid ailələri dədə-baba yurdlarına dönmək istədiklərini vurğulayıblar.
Sonda şəhid ailələrinə maddi yardımlar göstərilib.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )


 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !