AMEA-nın prezidenti, akademik Akif Əlizadə illik Ümumi yığıncağın yekunlarına dair görüş keçirib - (+FOTOLAR)

AMEA-nın prezidenti, akademik Akif Əlizadə illik Ümumi yığıncağın yekunlarına dair görüş keçirib (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, mayın 7-də Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə AMEA Rəyasət Heyəti aparatının məsul əməkdaşları ilə görüşüb. Tədbirdə akademik Akif Əlizadə AMEA-nın ötən həftə keçirilən Ümumi yığıncağının yekunlarından bəhs edib. Yığıncaqda müxtəlif dövlət qurumları və ali təhsil müəssisələri rəhbərlərinin, AMEA-nın həqiqi və müxbir üzvlərinin, institut və təşkilatlarının direktorlarının iştirak etdiyini vurğulayan akademik hesabatın AMEA-nın üzvləri və elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirildiyini nəzərə çatdırıb.

AMEA rəhbəri ötən il akademiyada aparılan innovativ və multidisiplinar tədqiqatlar, elmin inkişafının əsas hərəkətverici qüvvəsi olan elmlə təhsilin inteqrasiyası, yüksəkixtisaslı kadr hazırlığı, beynəlxalq elmi əlaqələrin inkişafı, elmi tədqiqat fəaliyyətinin əlaqə¬lən¬dirilməsi sahəsində əldə olunan nəticələrin əhəmiyyətini qeyd edərək bildirib ki, Akademiyanın qarşısına qoyduğu əsas hədəf elmdə innovativ nailiyyətlərin əldə olunmasına öz töhfələrini verməkdir. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının qloballaşan dünyanın dayanıqlı inkişaf hədəflərinə doğru inamla addımladığını deyən AMEA prezidenti həmçinin ictimaiyyətlə əlaqələr və elmin təbliği, elmi-təşkilati və digər istiqamətlərdə də görülən işlərin mühüm əhəmiyyət kəsb etdiyini söyləyib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hər zaman elmi ictimaiyyətə dəstək olduğunu deyən akademik ötən il də ölkə başçısının elmlə bağlı bir sıra fərman və sərəncamlar imzaladığını xatırladıb, bunu elmə diqqət və qayğının növbəti göstəricisi kimi ifadə edib. Dövlət başçısının müvafiq sərəncamı ilə yaradılan AMEA Yüksək Texnologiyalar Parkının fəaliyyətinə də toxunan A.Əlizadə Parkın öz fəaliyyət istiqamətlərini genişləndirdiyini, burada innovasiya mәhsullarının və yüksək texnologiyaların, həmçinin strateji əhəmiyyətli məhsulların hazırlanması, tədqiqatların nəticələrinin bir sıra sahələrə tətbiqi istiqamətində mühüm nəticələr əldə edildiyini diqqətə çatdırıb.

AMEA-nın 2018-ci ildəki beynəlxalq elmi əlaqələrindən də danışan akademik Akif Əlizadə bir sıra xarici ölkələrin elmi müəssisələri ilə əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə davam etdirildiyini, mühüm sənədlərin imzalandığını, qarşılıqlı səfərlərin təşkil edildiyini qeyd edərək, bu kimi tədbirlərin elm diplomatiyasının inkişafında vacib amillərdən olduğunu söyləyib.

Akademik Akif Əlizadə həyata keçirilən işlərin daha yüksək templə davam etdirilməsinin qarşıya qoyulan əsas vəzifələrdən olduğunu bildirib. Sonda AMEA prezidenti AMEA-nın Ümumi yığıncağının təşkilində iştirak etmiş Rəyasət Heyətinin əməkdaşlarına, alimlərə təşəkkürün bildirib, bundan sonrakı fəaliyyətlərində uğurlar diləyib.

Tədbirdə AMEA-nın akademik-katibi vəzifəsini icra edən, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, AMEA-nın elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Sərxan Xavəri və digərləri çıxış ediblər. Natiqlər görüşün təşkilinə və əməkdaşların fəaliyyətinə verilən yüksək dəyərə görə akademik Akif Əlizadəyə təşəkkürlərini bildiriblər.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                          

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !