Beynəlxalq Miqrasiya Təşkilatının əməkdaşları Ağcabədi rayonunda səfərdə olublar - + FOTOLAR (AZpress.AZ İ.Mais)

Beynəlxalq Miqrasiya Təşkilatının əməkdaşları Ağcabədi rayonunda səfərdə olublar + FOTOLAR (AZpress.AZ – İ.Mais)

https://www.facebook.com/groups/232461030668048/ 

 

Beynəlxalq Miqrasiya Təşkilatı 2018-ci ilin iyun ayından etibarən Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) dəstəyi ilə “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin inteqrə edilmiş inkişafı” layihəsini icra edir.
AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, layihə çərçivəsində Ağcabədi rayonu Hüsülü kəndi ərazisindəki "Hüsülü - 1" kəhrizi də bərpa üçün seçilib. Bununla əlaqədar 8 may 2019-cu il tarixdə layihə iştirakçıları Ağcabədi rayonunda səfərdə olublar.Əvvəlcə layihə iştirakçıları Ağcabədi rayon İcra Hakimiyyətinin inzibati binasında Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovla görüşüblər. Görüşdə BMqT-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Vladimir Gjorgjiev və BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının Rezident nümayəndəsi Qulam İsaqzai iştirak edib. Görüş zamanı rayon rəhbəri bərpasına ehtiyacı duyulan uzunluğu 1,990 m, 82 quyunu əhatə edən “Hüsülü-1” kəhrizinin yerləşdiyi Hüsülü kəndində 4837 nəfərin (1029 ailənin), o cümlədən, 141 nəfər (46 ailə) məcburi köçkünün yaşadığını bildirib. Bununla yanaşı qeyd olunub ki, kəndin əkin əraziləri 1370 hektardır və 1100 hektar torpaq sahəsi suvarma sularına ehtiyac duyur. Kəhriz kənddən təxminən 1,5 km məsafədə, əkin sahəsinə yaxın ərazidə yerləşir. Kəhriz hazırda fəaliyyətsizdir və hal-hazırda su yoxdur. Məlumat verilib ki, 1975 - 1976-cı illərdə kəhriz işlək olduğu zaman, 60 hektar pambıq sahəsini sulayırmış. Ötən əsrdən Hüsülü kəndi kəhrizdən istifadə etmək ənənəsinə sahibdir ki, kənddə də bu işi bilən ustalar var.
Qeyd edilib ki, Ağcabədi rayonu kəhriz sistemlərinin geniş yayıldığı Azərbaycanın regionlarından biridir. 2018-ci ildə Beynəlxalq Miqrasiya Təşkilatı rayonun 17 kəndində 40 kəhriz siyahıya alıb. Layihə çərçivəsində bərpa üçün 6 kəhriz seçilib, ehtiyat siyahısına isə 7 kəhriz əlavə edilib.
Görüşdən sonra layihə iştirakçıları kəhrizin yerləşdiyi rayonun Hüsülü kəndində olub, kəhriz yerləşdiyi əraziyə baxış keçirib və kənd sakinləri ilə söhbətlər aparıblar.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )