BDU-da Şuşasız 27 il adlı tədbir keçirilib - (+FOTOLAR)

BDU-da “Şuşasız 27 il” adlı tədbir keçirilib (+FOTOLAR)

Bakı Dövlət Universitetində “Şuşasız 27 il” adlı tədbir keçirilib. Rektor Elçin Babayev Azərbaycanın mədəniyyət paytaxtlarından olan Qarabağın incisi Şuşa şəhərinin işğalından və ermənilərin Azərbaycanxalqının başına gətirdiyi faciələrdən danışıb, günahsız insanların öldüyünü, dinc əhaliyə qarşı edilən vəhşilikləri ürək ağrısı ilə yada salıb.
İtirilmiş torpaqlarımızın işğaldan azad ediləcəyinə, ərazi bütövlüyümüzün bərpa olunacağına əminliyini ifadə edən rektor Bakıda keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman Əl-Tüveycrinin ölkəmizin ərazi bütövlüyü barədə çıxışını yada salıb, onun dünya ictimaiyyətinə Azərbaycanın mövqeyini dəstəkləyən çağırış etdiyini xüsusilə vurğulayıb.
Çıxışının sonunda rektor şəhidlərimizin qanının yerdə qalmayacağına, Şuşanın füsunkar gözəlliklərini yenidən vəsf edəcəyimizə inandığını bildirib.
Sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib, Şuşa haqqında videoçarx nümayiş olunub.
BDU-nun dosenti Atamoğlan Məmmədli Şuşa şəhidlərinin qəhrəmanlıq tarixçəsindən, şəhərin müdafiəsində hərbçilərimizin göstərdikləri fədakarlıqlardan danışıb, girovluqdan qayıdan şəxslərin, komandirlərin ifadələrini yada salıb. Şuşada tarixi abidələrimizin vəhşicəsinə məhv edildiyini bildirən A.Məmmədli bu qədim diyarın yenidən mədəniyyət beşiyi olacağına əmin olduğunu bildirib.
Tədbir tələbələrin təqdimatında şəhid anası obrazını canlandıran kiçik tamaşa və “Qarabağ şikəstəsi” ilə yekunlaşıb.
 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !