Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Azərbaycan Ərzaq Məhsullarının Tədarükü və Təchizatı ASC-ə ekspert qrupunun ezamı - (+FOTOLAR)

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Azərbaycan Ərzaq Məhsullarının Tədarükü və Təchizatı ASC-ə ekspert qrupunun ezamı (+FOTOLAR)

https://www.facebook.com/groups/250993438794052/ 

 

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) Ərzaq Məhsullarının Tədarükü və Təchizatı Sisteminin Təkmilləşdirilməsi ilə bağlı Ölkə üzrə Təlim Proqramına dair araşdırma aparmaq məqsədilə Ərzaq Məhsullarının Tədarükü və Təchizatı ASC-ə 29 aprel – 2 may tarixləri ərzində ekspert qrupu ezam edib.
Hankyong Dövlət Universitetinin professorlarından ibarət Ekspert qrupunun əsas vəzifəsi Azərbaycanda ərzaq məhsullarının tədarükü və təchizatı ilə bağlı sistem, qanunvericilik və siyasət, gigiyena və keyfiyyətə nəzarət sahəsində araşdırma aparmaqdan ibarətdir. Ezamiyyə qrupu Ərzaq Məhsullarının Tədarükü və Təchizatı ASC, Kənd Təsərrüfatı Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyinin müvafiq rəsmiləri ilə görüşlər keçirərək həmçinin, ASC-nin tabeliyində olan Logistika Mərkəzi, Bazar və Fermaya baş çəkərək hazırki vəziyyətin araşdırılmasında və problemlərin müəyyən edilməsi istiqamətində işlər görmüşdür.
İlkin görüşdə ASC-nin İdarə Heyətinin Sədri xanım Leyla Məmmədova ASC-nin yeni yaradılmış bir qurum olduğunu və ölkədə kənd təsərrüfatı bazarının tam təkmil səviyyəyə çatdırılmasındalokomotiv rol oynamaq məqsədilə ASC-nin innovativ həllər tətbiq etdiyini bildirdi. O, göstərilmiş dəstəyə görə KOICA-ya minnətdarlığını bildirdi və sözügedən təlim proqramının Cəmiyyətin əməkdaşlarına Koreyada müasir texnologiya və ərzaq təhlükəsizliyi məsələləri ilə tanış olmaq üçün kömək edəcəyini qeyd etdi. Ekspert qrupu Koreyada artıq kənd təsərrüfatı məhsulları, heyvandarlıq, proses və paylama üçün İKT tətbiq edən səmərəli səhiyyə və keyfiyyətə nəzarət sistemlərinin qurulduğunu ifadə etdi. Habelə, Koreyada keçiriləcək təlim proqramı ASC-nin əməkdaşlarına əyani səfərlər və mühazirələr vasitəsilə sözügedən sahələrlə tanış olub dərin bilik əldə etməyə kömək edəcəkdir.
KOICA Azərbaycan Ofisinin ölkə üzrə direktoru xanım Park Kumok Kənd Təsərrüfatı sahəsinin Azərbaycanla Koreya arasında Ölkə Tərəfdaşlıq Strategiyasında razılaşdırılmış prioritet sahələrdən biri olduğunu vurğuladı. O qeyd etdi ki, 2019-2021-ci illərdə ASC-nin otuz əməkdaşına ildə iki həftə müddətində Koreyada keçiriləcək "Azərbaycanda Ərzaq Tədarükü və Təchizatı Sisteminin İnkişafı" adlı Ölkə üzrə Xüsusi Təlim Proqramında iştirak etmək imkanı verəcək. Proqram Koreyanın ərzaq tədarükü və təchizatına dair nou-hau texnikasının tətbiqi ilə bağlı biliklərin Azərbaycana ötürülməsi məqsədini daşıyır.
Araşdırma görüşləri zamanı aparılan məsləhətləşmələr və müzakirələr əsasında ekspertlər Azərbaycanda qabaqcıl qida tədarükü və təchizatı sisteminin qurulmasında Cəmiyyətə dəstək vermək məqsədilə Təlim Proqramının keyfiyyətini artıracaqlar.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )