Azərbaycanda ”Dədə malı”adlı yeni komedik serial çəkilir - (+FOTOLAR)

Azərbaycanda ”Dədə malı”adlı yeni komedik serial çəkilir (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Komediya janrında olan “Dədə malı” adlı yeni serialın çəkilişlərinə start verilib.
12 hissədən ibarət serialın rejissoru Vüsal Məmmədov, ssenari müəllifləri Azər Səlimli və Elsevər Camal, prodüseriŞahin Yusifov, quruluşçu operatoru isə Mehdi Yaqubovdur.

“ARB Media Qrup”a məxsus serialın çəkilişləri Xaçmaz rayonunfüsünkar təbiəti ilə seçilən Qıraqlı kəndində, Quba rayonunda,həmçinin Bakı şəhərində aparılacaq.

Tamaşaçılara bol gülüş vəd edənserialın baş rollarını məşhur aktyorlar Coşğun Viləş, Rada Nəsibova, Əzizağa Əzizov,Elsəvər Camal və başqaları canlandırır.

Ssenariyə görə uzun müddətdir ki, Bakıda yaşayan iki oğul atalarının ölümündən sonra kəndə qayıdırlar. Xeyli borcu olan qardaşlar atalarından qalan mirası-yəni “Dədə malını” necə böləcəklərinin planını qururlar. Amma atalarının vəsiyyəti onları xeyli təəccübləndirir. Belə ki, vəsiyyətə görə mirasın qardaşlar arasında bölünməsi üçün inanılmaz şərtlər yerinə yetirməlidir.Elə bütün məcaralar da bundan sonra başlayır.

Maraqlı sujet xətti ilə fərqlənən serialda tamaşaçılarıhadisələrin gözlənilməz ardıcıllığı və gülüş dolu anlar gözləyir.

Serial iyun ayından etibarən hər cümə günü,saat 21:45-də“ARB” televiziyasında yayımlanacaq.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )