LƏNKƏRANDA 9 MAY-QƏLƏBƏ GÜNÜ QEYD OLUNUB - +FOTOLAR (AZpress.AZ B.Ağaddin)

LƏNKƏRANDA 9 MAY-QƏLƏBƏ GÜNÜ QEYD OLUNUB +FOTOLAR (AZpress.AZ – B.Ağaddin)

https://www.facebook.com/groups/232461030668048/ 

 

Mayın 9-da Lənkəran şəhərində alman faşizmi üzərində Qələbənin 74-cü ildönümü təntənə ilə qeyd olunub. AZpress.AZ xəbər verir ki, bu münasibətlə Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, İcra aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, müharibə veteranları, arxa cəbhə iştirakçıları Heydər Əliyev Xatirə Parkındakı “Naməlum Əsgər” abidəsini ziyarət edib önünə tər çiçəklər düzərək ikinci Dünya müharibəsində həlak olmuş lənkəranlıların xatirəsini ehtiramla yad ediblər. Tədbir Qələbə ruhlu mahnıların sədaları altında iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun adını daşıyan Xatirə Parkında davam etdirilib.
İcra başçısı Taleh Qaraşov, İcra aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, müharibə veteranları, arxa cəbhə iştirakçıları, təhsil, səhiyyə və mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri, rayon sakinləri, gənclər əfsanəvi sərkərdənin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. Abidə önündə İcra başçısı müharibə veteranları, arxa cəbhə iştirakçıları və onların ailə üzvləri ilə görüşərək bir daha şəraitləri ilə maraqlanıb.
Həmin gün əfsanəvi sərkərdə Həzi Aslanovun ev-muzeyinin yaranmasının 50 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə İcra başçısı Taleh Qaraşov, İcra aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, müharibə veteranları, arxa cəbhə iştirakçıları iştirak ediblər.
Şəhərin mərkəzində yerləşən “Boranı” restoranında Qələbə günü münasibətilə müharibə veteranları, arxa cəbhə iştirakçıları üçün bayram süfrəsi açılıb. Bayram sevincini veteranlarla bölüşən İcra başçısı Taleh Qaraşov bütün lənkəranlı müharibə veteranlarını və arxa cəbhənin iştirakçılarını bir daha təbrik edərək onlara xoş və səmimi arzularını çatdırıb.
Rayonun müharibə veteranları və arxa cəbhə iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Tədbirdə rayon məktəblilərinin və bədii özfəaliyyət kollektivlərinin ifasında vətənpərvərlik mövzularında şeirlər və mahnılar səsləndirilib.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

***************************************************************************
 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V   İ   D   E   O    +    F   O   T   O    
ç  ə  k  i  l  i  ş
-lərini
aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !