İran Silahlı Qüvvələrinin Baş Qərargahı bəyanat yayıb -

İran Silahlı Qüvvələrinin Baş Qərargahı bəyanat yayıb

 İran Silahlı Qüvvələrinin Baş Qərargahı düşmənləri xəbərdar edir ki, İrana qarşı yönəlmiş hər hansı bir addım onlar üçün peşmançılıqla nəticələnəcək.

AZƏRTAC xəbər verir ki, bu sözlər İran Silahlı Qüvvələrinin Baş Qərargahı tərəfindən bu gün yayılan bəyanatda yer alıb.

Bəyanatda bildirilir ki, düşmən İrana qarşı psixoloji təzyiq vasitələrindən istifadə edərək cəmiyyətdə qarışıqlıq salmaq istəyir. Odur ki, xalqımız ayıq-sayıq olmalı düşmənin mənasız bəyanatlarına uymamalıdırlar.

Nəzərə çatdırılıb ki, ABŞ beynəlxalq razılaşmaya əməl etməkdən imtina edərək İranı zor tətbiq etməklə hədələyir. Lakin İran ordusu həmişə xalqı müdafiə etməyə hazırdır və İrana qarşı hər hansı bir təxribat baş verərsə, onun qarşısı dərhal alınacaq.

Bəyanatda bildirilib ki, İran Silahlı Qüvvələri tam hərbi hazırlıq vəziyyətindədir.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )