Bakıda Avropa Günü... - +FOTOLAR ( AZpress.AZ - İ.Rüstəm)

Bakıda Avropa Günü... +FOTOLAR ( AZpress.AZ - İ.Rüstəm)

https://www.facebook.com/groups/232461030668048/ 

 

AZpress.AZ xəbər verir ki, Mayın 7-i "Nizami" kinoteatrında Avropa Günü münasibәtilә Avropa İttifaqının Nümayәndәliyi tәrәfindәn qəbul və konsert tәşkil olundu.

Tәdbirin rәsmi hissәsindә çıxış edәn Avropa İttifaqının Nümayәndәliyinin rәhbәri Kestutis Yankauskas bildirdi ki, Avropa İttifaqı tәhlükәsizlik, sabitlik vә rifahın hökm sürdüyü әrazilәrin genişlәnmsi üçün Azәrbaycanla vә digәr tәrәfdaşlarla birgә çalışır.

"By il biz Avropa İttifaqı ilә Azәrbaycan arasında imzalanmış tәrәfdaşlıq vә әmәkdaşlıq sazişinin 20 illiyini qeyd edirik. Yeni tәrәfdaşlıq sazişinin yekünlaşması üzrә ciddi iş aparılır ki, bu da növbәti onilliklәrdә münasibәtlәrimizin müasir tәmәlini tәşkil edәcәk", o dedi.

Yankauskas Azәrbaycanla Avropa İttifaqının arasında olan ticarәt, enerji, tәhlükәsizlik vә nәqliyyat sahәlәrindә tәrәfdaşlıq münasibәtlәrdәn söz açaraq, növbәti hәftә prezident İlham Әliyevin Şәrq Tәrәfdaşlığının 10 illiyini qeyd olunması üçün Brüsselә sәfәrdәn danışıb.

"Bu birgә tәşәbbüs daha perspektiv, sabit vә demokratik regionun qurulması istiqamәtindә görelәn bir cәhddir ki, birgә dәyәrlәrә, qarşılıqlı maraq vә öhdәliklәrә әsaslanıb xalqın mәnfәәti naminә Avropada olan tәrәfdaş ölkәlәri Avropa İttifaqına daha da yaxınlaşdırır", səfir qeyd edib.

Azәrbaycan Xarici İşlәr nazir müavini Ramiz Hәsәnov qeyd etdi ki, Azәrbaycan vә Avropa İttifaqı arasında qarşılıqlı faydalı münasibәtlәr mövcüddur.

"Avropa İttifaqı әn böyük ticarәt tәrәfdaşıdır. Eyni zamanda siyasi vә iqtisadi, tәhsil, turizm sahәlәrdә geniş әmәkdaşlığımız var", Həsənov vuruğladı.

Nazir müavini bildirib ki, baxılmaqda olan saziş Azәrbaycanla Avropa İttifaqı arasında әmәkdaşlığı keyfiyyәtcә yeni mәrhәlәyә yüksәldәcәk.

Avropa Günü münasibətilə konsertdə Portuqaliyalı müğənni Magda Mendesin ifasında cəzibədər mahnılar səsləndi.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !