Ağcabədidə Ümummilli lider Heydər Əliyevin 96 illik yubileyi münasibəti ilə tədbir keçirilib - + FOTOLAR ( AZpress.AZ - İ.Mais)

Ağcabədidə Ümummilli lider Heydər Əliyevin 96 illik yubileyi münasibəti ilə tədbir keçirilib + FOTOLAR ( AZpress.AZ - İ.Mais)

https://www.facebook.com/groups/232461030668048/ 

 

Tədbir 10 may 2019-cu il saat 19:45 –də Ağcabədi rayon Heydər Əliyev meydanında rayon İcra Hakimiyyətinin qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin möhtəşəm abidəsinin önündə gülqoyma mərasimi ilə başlamışdır.
Tədbirdə Ağcabədi rayon İcra Hakimyyətinin Başçısı cənab Şahin Məmmədov,hüquq mühafizə orqanları,idarə və müəssisə rəhbərləri, ziyarətə gəlmiş rayon ictimaiyyəti – ziyalılar, ağsaqqallar, gənclər iştirak etmişdir.
AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış olmuşlar.
Tədbirdə iştirak edən Ağcabədi rayon İcra Hakimyyətinin Başçısı cənab Şahin Məmmədov çıxış edərək , bu günki əziz gün münasibəti ilə Ağcabədi rayon sakinlərini təbrik etmiş və bildirmişdir ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının tarixində,Azərbaycan xalqının qəlbində özünəməxsus yeri var. Azərbaycan dövlətçiliyinin başının üstünü qara buludlar alanda Ümummilli Lider Heydər Əliyev öz vətəninin də, xalqının da dadına yetişdi və Azərbaycan dövlətini zirvələrdə heç zaman sönməyən parlaq günəşə çevirdi.
Bütün həyatını Azərbaycan xalqının xoşbəxt gələcəyinə həsr etmiş Heydər Əliyev şəxsi keyfiyyətləri ilə də yaddaşlarda silinməz iz qoymuşdur. Heydər Əliyev fenomenal yaddaşı, yüksək təşkilatçılıq bacarığı, tükənməz enerjisi və zəhmətsevərliyi, cəsarəti, qətiyyəti və polad iradəsi, eyni zamanda insanpərvərliyi və qayğıkeşliyi ilə müasiri olduğu insanların dərin rəğbətini və sevgisini qazanmışdır. Ümummilli Liderin bu xüsusiyyətləri 40 ildən çox bir dövrü əhatə edən konkret faktlarla və böyük səmimiyyətlə əks olunmuşdur. Eyni zamanda, Heydər Əliyevin insanlara istedadına, bacarığına görə qayğı göstərməsi, elm və sənət xadimlərindən tutmuş sadə zəhmət adamlarına qədər hamının əməyini layiqincə qiymətləndirməsi kimi yüksək keyfiyyətləri olan dahi şəxsiyyət idi.
Ağcabədi rayon İcra Hakimyyətinin Başçısı cənab Şahin Məmmədov çıxışının sonunda bir daha tədbir iştirakçılarını yenidən təbrik etmiş və qeyd etmişdir ki, Ulu Öndər Heydər Əliyevə qarşı olan xalq sevgisi zaman ötdükcə daha çox xalqın qəlbində böyüyür.və güclənir , xalq öz oğluna sonsuz sevgisini Onun siyasi varisi cənab Prezidentimiz İlham Əliyevə etimad göstərərək bildirmişdi və yanılmadıqlarını görmüşdülər. Nə qədər ki, bu xalq var Heydər Əliyev böyüklüyü yaşayacaq, nəsildən – nəsilə ötürülərək onun Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi üçün gördüyü işlər örnək göstəriləcəkdir. Bu gün də onun uğrulu siyasəti , Ulu Öndərin şərəfli həyat yolunun davamçısı çox hörmətli cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbir Regional Mədəniyyət İdarəsinin Ağcabədi rayon şöbəsinin hazırladığı musiqili proqram ilə axşam saatlarına qədər davam etdirilmişdir.
Tədbir gecənin qaranlığında Ağcabədi səmalarını işıqlandıran atəşfəşanlığın möhtəşəmliyi ilə başa çatmışdır.


Fotomüxbir Mais Amin AZpress.AZ

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )