Sankt-Peterburq azərbaycanlıları “Ölməz alay” ümumxalq yürüşündə iştirak ediblər - VİDEO+FOTOLAR (Peterburq - Fizuli Cavadzadə, Sədail Həbibov - AZpress.AZ)

Sankt-Peterburq azərbaycanlıları “Ölməz alay” ümumxalq yürüşündə iştirak ediblər VİDEO+FOTOLAR (Peterburq - Fizuli Cavadzadə, Sədail Həbibov - AZpress.AZ)

2014-cü ildən əsası qoyulan "Besmertnıy Polk"(Ölməz Alay) vətənpərvərlik aksiyası hər il Qələbə Günündə dünyanın bir çox ölkələrinin şəhərlərində keçirilir. Aksiyanın əsas məqsədi hər bir ailədə müharibə ilə bağlı xatirələrin qorunub saxlanmasıdır.
Xatırladım ki, İkinci Dünya Müharibəsi zamanı Azərbaycandan cəbhəyə 600 min döyüşçü gedib, onlardan 40 mini könüllü olub. Azərbaycandan çağırılan 300 min əsgər döyüşlərdə həlak olub. Azərbaycan əsgərləri Brest qalası uğrunda ən iri döyüşlərdə, Leninqrad və Moskvanın müdafiəsində, Stalinqrad, Ukrayna uğrunda döyüşlərdə iştirak ediblər, Pribaltikanın və Şərqi Avropa ölkələrinin azad edilməsi uğrunda vuruşaraq, Berlinə kimi çatıblar.
Azərbaycan həm də cəbhəni yanacaqla təmin edərək qələbəyə əvəzsiz töhfə verib. Müharibə vaxtı tank və hərbi texnikanın 80 faizi Bakı nefti ilə işləyib. Cəbhəyə 75 milyon ton neft və 22 milyon ton benzin göndərilib.
Hər il 9 Mayda olduğu kimi,bu il də Sankt- Peterburq şəhərində yaşayan soydaşlarımız, bu aksiyada yaxından iştirak etdilər.
Nevskiy prospek 132 ünvanda toplaşan soydaşlarımızın sırasında Azərbaycan milli- mədəni muxtariyyətinin üzvüləri,gənclər təşkilatları,Çinar xoreoqrafik rəqs ansamblının üzviləri,yenicə yaranan "Azərbaycan evi"cəmiyyəti,habelə fərdi formada iştirak etmək istəyənlər var idi.Son marşurut kimi"Dvorçovıy ploşad"(Saray meydanı)təyin olunmuş idi. Yol boyu müsahiblərim Azərbaycan milli mədəni muxtariyyətinin sədri Vaqif Məmişov,Rusiya federasiyasının əməkdar məşqçisi,elemlər doktoru,professor Qasıməli Qasımov,mügənni Leyla Əliyeva,Çinar rəqs ansamblının bədii rəhbəri Xeyranisə Mirzəyeva,Nətavan qadınlar cəmıyyətının sədri Ülviyyə Abbasova və digərləri oldular.Nümayişdən hazırladığımız video reportaja burada baxa bilərsiniz. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )