Orada bir evim var - - Sona Vəliyeva yazır..

Orada bir evim var - Sona Vəliyeva yazır..

Orada bir evim var 

 

Orada bir evim var,
Qapısını bağlayıb,
açarı ələ keçməsin deyə,
ürəyimdə gizlətmişəm
Min ildir, ömrümü götürüb
O evdən səfərə
çıxmışam.
Orada mənim bir evim var,
şamlarını yanılı
qoymuşam,
qayıdan yollarıma
işıq düşsün,
evimdən.
Orada mənim bir evim
var.
Qapısında gülləri
qayıdacağımı eşidib,
təzədən çiçəkləyib.
yuxuda o gülləri öpən
küləklər
müjdəyə gələr,
gözləyən var,
tələs,
tələs deyər.
O evdə bir beşiyim
var,
əvvəl mənim olub,
indi körpəsiz yellənir.
Öz körpəliyimin ağlaması
hər gün yuxuma gəlir.
Orada bir evim var.
Qapısında hörümçəklərin
ayrılıq dastanı,
görən tapılacaqmı
bu xətti oxuyanı.
Orada tək qoyub gəldiyim,
gözləri yol çəkən
məndən küsən
bir evim var.
Bağında hüt-hüt
quşu oxuyar.
Deyirlər məni
çağırar:
İtən yolu tapdın?
- yox.
gəlib çıxdın, - yox.
Açarını bu evin
tapdın, - yox.
Biri sual – biri
cavab,
ömrüm beləcə,
o taylı, bu taylı
sual-cavab.
Gərək vaxtında çatam.
Çatmasam
O qapını kim açacaq?
Çatmasam o evdəki
divarda xalı üstəki
qılınc da paslanacaq.
O qılınc sıyrılan gün
Şuşadan Təbrizə
yol görünəcək.
Sonra, sonra,
Bu qılınc Tanrıdan
dualı don geyəcək
Üç rəngli bayrağa
dönəcək.
Şuşadan yellənəcək,
Savalanı öpəcək,
oxay, deyəcək,
bütövləşən torpaq,
sağalan torpaq.
Orda bir evim var,
Ehey, açılan yollar,
yaxınlar, gözü yolda
qalanlar!
Min ildir məni gözləyən
Ruhumun evi var.
Tanrım, möhlət
ver mənə,
ömür ver mənə
gedim, evimi görüm,
gedim evimdə
ölüm.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

***************************************************************************
 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V   İ   D   E   O    +    F   O   T   O    
ç  ə  k  i  l  i  ş
-lərini
aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !