Ağcabədi rayon Hindarx qəsəbəsində səyyar qəbul-görüş keçirilib - + FOTOLAR (AZpress.AZ İ.Mais)

Ağcabədi rayon Hindarx qəsəbəsində səyyar qəbul-görüş keçirilib + FOTOLAR (AZpress.AZ – İ.Mais)

https://www.facebook.com/groups/232461030668048/ 

 

AZpress.AZ xəbər verir ki, 11. may 2019-cu il tarixdə Ağcabədi rayon Hindarx qəsəbəsində səyyar qəbul-görüş keçirilmişdir.Görüşdə rayon icra hakimiyyətinin məsul işçiləri, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər. Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov sakinləri salamlayaraq 30 aprel 2019-cu il tarixdə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasının keçirildiyini bildirmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələri barədə, Strateji Yol xəritələrində 2016-2018-ci illər ərzində görülmüş işlər və 2019-2020-ci illər ərzində görüləcək işlər barədə, qaz limitinin 1700 m3-dən 2200 m3-dək artırılması barədə əhaliyə məlumat vermişdir. Eyni zamanda respublikamızda qazanılan uğurlardan, eləcə də rayonumuzda aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən ətraflı danışmışdır. Keçirilən görüşdə çıxış edən sakinlər son illərdə Ağcabədi rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülən işləri yüksək qiymətləndirərək göstərilən davamlı diqqətə görə ölkə rəhbərliyinə minnətdarlıq ifadə ediblər.Qəbulda kənd sakinlərindən Yavər İsmayılov,Akif Hüseynov,Qəminə Quliyeva və Cəfər Muradovun su təchizatı, sosial müdafiə, məşğulluq məsələləri, yol, kənd təsərrüfatı, torpaq məsələləri ilə bağlı təkliflərinin hər biri barədə aidiyyatı təşkilatların rəhbərinə tapşırıqlar verildi, qaldırılmış bir sıra məsələlər elə qəbul zamanı öz həllini tapdı.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır