Gürcüstan Keşikçidağ monastrından Azərbaycana qarşı siyasi təziq vasitəsi kimi istifadə etməməlidir - - Faiq İsmayılov yazır..

Gürcüstan Keşikçidağ monastrından Azərbaycana qarşı siyasi təziq vasitəsi kimi istifadə etməməlidir - Faiq İsmayılov yazır..

Gürcülərin David Qareci adlandırdıqları Keşikçidağ məbədi (el arasında  Qaraca
məbədi adlandırılır) —  Azərbaycan ın  Gürcüstanla  sərhəddində, hazırda mübahisəli ərazi
sayılan zonada yerləşir. Dəniz səviyyəsindən 850 metr hündürlükdə olan və böyük coğrafi
sahəni əhatə edən məbəd kompleksinin bir hissəsi  Gürcüstan ın  Saqareco  rayonu, digər bir
hissəsi isə Azərbaycanın  Ağstafa rayonu ərazisində yerləşir.

Abidənin memarlıq quruluşu eləcədə daxili və xarici interyerindəki ornamental görüntülər
abidənin Alban dövrü memarlığının unikal nümunələrindən biri olmasını təsdiq edir. Keşikçi
məbədinin mənşəyinə dair məlumatlarda Azərbaycan mənbələrinə görə haqlı olaraq
Keşikçi məbədi qədim alban mənşəli olub,  Qafqaz Albaniyasın ın mədəni irsinə aid olduğu
iddia edilir
Antik dövrlərdə və erkən orta əsrlərdə indiki Azərbaycanın bütün bölgələri Qarabağda daxil
olmaqla Azərbaycan Albaniya və Atropatena dövlətlərinin tərkib hissəsi olmuşdur (e.ə. IV –
eramızın VII əsri). Məhz bu dövrlərdə memarlıq sənəti bu ərazilərdə çox yüksək səviyyədə
və böyük sürətlə inkişaf etmişdi.
Alban dövlətində xristianlıq rəsmi din kimi qəbul edildikdən sonra, bu din Alban dövləti
mövcudluğunun bu və ya digər dərəcədə xristian ideologiyasının təsir dairəsində olmuşdur.
Təsadüfi deyildir ki, Alban dövrü, dinc yanaşı yaşayan alban və türk tayfalarının öz bədii

yaradıcılıqlarında da qarşılıqlı şəkildə bir-birinin mədəni irsindən bəhrələnmələri hələ o
dövrdən Azərbaycanda multikulturalizmin mövcudluğundan xəbər verir. Odur ki, elmi
ədəbiyyatlarda hərdən Qafqaz Albaniyası dövrü memarlıq abidələrinin alban–türk memarlıq
abidələri kimi də qeyd olunması təsadüf sayılmamalıdır. Çünki bu abidələr üzərində varislik
yalnız azərbaycanlılara məxsusdur.

Alban dövrü memarlıq abidələrinin daş və divar rəsmlərində və eləcədə süjet xarakterli
oymalarda daha çox türkdilli xalqlara məxsus elementlərdən istifadə edilməsi, Alban dövləti
tərkibində türkdilli tayfaların çox olması ilə əlaqədardır. Bu isə birmənalı olaraq bəzi şovinist
xristianları (ermənilər və gürcülər) Cənubi Qafqazda tarix və mədəniyyət abidələri üzərində
türk ornamentlərinin və simvollarının olmasını yəni bu abidələr üzərində azərbaycanlıların
varisliyini qəbul etmirlər.
Cənubi Qafqazda Alban dövrü abidələrinə varisliyin yalnız azərbaycanlılara məxsusluğu
barədə, rusiyanın görkəmli Qafqazşünas tarixçi alimi Y.İ.Krupnov yazırdı: “Albaniya
tarixinin öyrənilməsi işində heç bir məhdudiyyət və məcburiyyət olmamışdır.
Albaniya tarixini müxtəlif ölkələrin tarixçiləri öyrəniblər. Lakin bir şey məlumdur,
Qafqaz Albaniyasının tarixi və taleyi ilə hamıdan çox azərbaycanlılar məşğul
olmalıdırlar. Onlar bu sahədə dünya elmi qarşısında məsuliyyət daşıyırlar, dünya
elminə borcludurlar”.

Bu baxımdan son zamanlar Keşikçidağ məbədi ətrafında düşünülmüş şəkildə yaradılan
ajiotaj, tərəfimizdən Gürcüstanın Azərbaycan Dövlətinə qarşı uğursuz təziq vasitəsi kimi
başa düşülür və ərazi iddiası anlamı kimi qəbul edilir. Gürcüstan Azərbaycanın strateji
tərəftaşıdır, o yaxın qonşuluq, dostluq prinsiplərinə sadiq qalmaq əvəzinə, hansısa
qrumların və ya dövlətlərin təhriki ilə Azərbaycana qarşı ədalətsiz mövqe nümayiş etdirir.
Gürcüstanın yüksək dairələrində çox gözəl anlayırlarki, yaxın keçmişdə rusiyanın
istilasından sonra Azərbaycanın dəstəyi olmasaydı Gürcüstan çoxdan kiçik hissəciklərə
parçalanacaqdı.
Gürcüstan məhz Azərbaycanın təşəbbüsü ilə bir qara quruş xərcləmədən nüfuzlu
Beynəlxalq layihələrdə pay sahibi oldu. Əhalisinin maddi təminatı Azərbaycanın yardımları
hesabına təmin edildi. Bütün bunlara rəğmən Gürcüstanda Azərbaycan xalqının
düşmənlərinə heykəl qoyulması, yüksək çinli məmurlar tərəfindən gürcüstanlı
azərbaycanlıların aşağılanması və nəhayət Keşikçidağ məbədi ətrafında qəsdən yaradılan
qalmaqal Azərbaycan Gürcüstan münasibətlərinə yenidən baxılmasını tələb edir.
Keşikçidağ məbədi, Azərbaycan tarixçilərinə görə gürcülər tərəfindən yalnız IV Qurucu
Davidin hakimiyyəti dövründə (1089-1125) ziyarət edilməyə başlanmış, daha sonra
Tamaranın hakimiyyəti dönəmində (1184-1207) gürcü kilsəsinin təsiri altına düşmüşdür. O
dövrdə Azərbaycanda mövcud olan müsəlman Atabəylər dövləti, həmçinin Şirvanşahlar
dövləti xristian məbədlərinə o qədər də maraq göstərmir və onları himayə etmirdilər. Məhz
belə bir dövrdə onsuz da sayca azlıqda qalan xristian albanlar dağlara çəkilmişdilər və bu
məbəd də o dövrdə tərk edilmişdi. Aparılan tədqiqatlar göstərmişdir ki, məbədin divarlarına çəkilmiş şəkillər və gürcü dilində olan yazılar abidə inşa edildikdən xeyli sonralar
yazılmışdır.

Sovetlər dövrü gürcülər bu abidənin nəinki kimə məxsusluğu barədə maraqlanmır, heç
ziyarət etməyi belə unutmuşdular. İndi birdən birə bu məsələnin ortaya atılmağı
gürcüşovnizmindən başqa bir şey deyildir. Gürcüstanrəhbərliyi anlamalıdırlar ki Rusiyaya
hədiyyə etdikləri əraziləri Azərbaycanın hesabına kompensasiya edə bilməyəcəklər.
Azərbaycan onlara öz ərazisini güzəşt etməyəcəkdir.
Keşikçidağ məsələsi Azərbaycan və Gürcüstan arasında sərhədlərin dermitasiyası zamanı
çözüləcək hüquqi prosesdir. Bu məsələnin həlli iki dövlət arasında sərhədlərin
dermitasiyasını həyata keçirmək üçün yaradılan dövlətlərarası Komissiyanın fəaliyyətindən
asılıdır. Bütün bunları bilə-bilə Gürcüstan prezidenti Salome Zurabişvilinin Azərbaycanla
sərhədlərin mümkün qədər tez delimitasiya olunmasına çağırışı, ölkə başçısına
yaraşmayan hərəkətdir. Cənab S.Zurabişvili anlamalıdırki onun bu çağırışı iki ölkə
arasındakı münasibətlərə xələl gətirir.
Gürcüstanın keçmiş müdafiə naziri Okurasvili, Gürcüstanın Leyborist Partiyasının sədri,
deputat Şalva Natelaşvili Azərbaycan əleyhinə sərsəm açıqlamalarla ilə gündəmə gəlmək
istəkləri Gürcüstan elitası üçün zərərli vərdişdir. Azərbaycan Gürcüstana etdiyi yardımları
dayandırsa cənab S.Zurabişvili dilənməyə “dost” qapısı axtaracaq.

Faiq İsmayılov

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır