Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə tədbir keçirilib - (+FOTOLAR)

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə tədbir keçirilib (+FOTOLAR)

www.facebook.com/groups/250993438794052/ 

 

Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünün keçirilməsi” haqqında Tədbir Planına uyğun olaraq Xocavənd rayonunda silsilə tədbirlər keçirilib.

06 may 2019-cu il tarixdə saat 16:00-da Bakı şəhəri, Beynəlxalq Muğam Mərkəzində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Xocavənd Rayon İcra Hakimiyyəti və Kürdəmir Regional Xocavənd rayon Tuğ kənd uşaq musiqi məktəbinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş "Onu zaman seçib" adlı konsert proqramı keçirilmişdir. Tədbirdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Mahir Abbaszadə, Şuşa Şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Elman Məmmədov və digər ziyalılar iştirak edirdi. Tədbir öncəsi qonaqlar Beynəlxalq Muğam Mərkəzinin foyesində Xocavənd abidələrinin fotolarından ibarət sərgi ilə tanış oldular. Tədbir Azərbaycanın Xalq artisti, Prezident mükafatçısı, Azərbaycan Milli Konservatoriyasının professoru Mənsum İbrahimovun ifası ilə başladı, ardınca Xocavənd rayon Tuğ kənd uşaq musiqi məktəbinin şagird və müəllimlərin ifasında Azərbaycan və Qərb bəstəkarlarından ifalar səsləndirildi.

10 may 2019-cu il tarixdə Rayon İcra Hakimiyyətinin, idarə, müəssisə, təşkilatların kollektivləri və rayon ictimaiyyətinin nümayəndələri, Yeni Azərbaycan Partiyası Xocavənd rayon təşkilatının şura üzvləri və fəalları Ümummilli Liderin Rayon İcra Hakimiyyətinin inzibatı binasının qarşısında ucaldılmış abidəsi önünə tər gül dəstələri qoymuş, xatirəsini ehtiramla yad etmişlər.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

***************************************************************************************
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +  F  O  T  O    
ç ə k i l i ş
-lərini
aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 ***************************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )