Avropa Jurnalistlər Federasiyasının Baş Toplantısı keçirilib Avropa media məkanının problemləri müzakirə edilib - (+FOTOLAR)

Avropa Jurnalistlər Federasiyasının Baş Toplantısı keçirilib Avropa media məkanının problemləri müzakirə edilib (+FOTOLAR)

Estoniyanın paytaxtı Tallin şəhərində Avropa Jurnalistlər Federasiyasının (AFJ) Baş Toplantısı keçirilib. 08-11 may tarixlərində keçirilən, 36 ölkədən EFJ-yə üzvtəşkilatların 90 nəfər təmsilçisinin qatıldıqları toplantıda Azərbaycandan AFJ-nin yerli üzv təşkilatı - Jurnalistlərin Həmkarlar İttifaqı iştirak edib.
JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, toplantıda öncə AFJ-nin təşkilati məsələləri həll edilib, növbəti 3 il üçün qurumun prezidenti, vitse -prezidenti və idarəheyətinin üzləri seçiliblər. AFJ prezidenti postununa növbəti 3 il üçün təkrarən Moqan Bliçer Bjerqard (Mogens Blicher Bjerregard)seçilib.
Toplantıda AFJ-nin Müəllif hüquqları, Frilanslarla iş, Gender problemləri, Etik standartlar, Təhlükəsizlik və sair məsələlər üzrə komissiyalarının hesabatları dinlənilib. Komissiyaların hesabatları fonundaAvropa qitəsində medianın durumu müzakirəyə çıxarılıb. Müzakirələrin gedişində bəlli olub ki, Qitənin media sahəsində problemləri kifayət qədər çoxdur: “Maliyyə institutlarının, reklam verən təşkilatların öz layihələrini təmin etmək üçün ənənəvi mediaya deyil, yeni mediaya, sosial şəbəkələrə üstünlük vermələri peşəkar medianı çıxılmaz duruma salıb. Maliyyə mənbələrinin daralması peşəkar medianın imkanlarını tükədir, bu isə qeyri-standart xəbər istehsalçılarının mövqelərinin möhkəmlənməsinə şərait yaradır; ənənəvi xəbər standartları sıradan çıxarılır, gündəm yalan xəbərlə (Fake news) dolur”. Baş Toplantı iştirakçılarının yekdil fikri bu olub ki, “Fake news”la mübarizənin ən sadə yolu, peşəkar medianın imkanlarının artırılmasına bağlıdır.
AJF adından Avropa Parlamenti üzvlüyünə namizədlərə, 19 may seçkilərinə qatılacaq naizədlərə müraciət edilib. Onlardan öz seçki platformalarına peşəkar medianın imkanlarının artırılması üçün maddələr əlavə etmək istənilib. Toplantı adından qərar verilib ki, bu yöndə çalışmalar davam etdirilsin.
Baş Toplantıda, həmçinin, vurğulanıb ki, Avropa məkanında peşəkar medianın imkanlarını daraltmaq üçün süni müdaxilələr də çoxalıb: “Peşəkar medianın problemlərinin artması bir yandan dərinləşməkdə olan maliyyə sıxıntıları, jurnalistlərin sosial durumlarının pisləşməsi, təhlükəsizlik, təqib halları ilə bağlıdırsa, digər tərəfdən qanunların mürtəce yöndə dəyişdirilməsi xüsusi rol oynayır. Əmək qanunvericiliyinə edilən neqativ dəyişikliklər və media sahibkarlarının KİV standartlarına müdaxilə imkanlarının artırılması; İctimai yayım haqqında qanunlara antidemokratik maddələrin əlavə edilməsi və bunun Avropanın aparıcı dövlətlərində kütləvi hal alması; “Fake news”la mübarizə haqqında qanunların gündəmə gəlməsi, bunun fonunda ifadə azadlığı sərhədlərinin daraldırlmasına cəhdlərin artması narahatlıq doğuran məqamlar kimi qeyd edilib. Toplantıda peşəkar jurnalistika prinsiplərinin qorunub inkişaf etdirilməsi üçün təkliflər müzakirə edilib.
JuHİ sədri toplantı çərçivəsində aparılan müzakirələrdə iştirak etməklə yanaşı, bir sıra ölkələrin jurnalist təşkiltları ilə ikitərəfli əməkdaşlıq barədə danışıqlar aparıb. Xüsusi olaraq İspaniya, Almaniya, İtaliya, Polşa, Türkiyə jurnalist təşkilatları ilə razılaşmalar əldə edib.

QEYD: JuHİ sədri Baş Toplantıda iştirakı üçün Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının səfər -qrantı proqramından istifadə edib.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

***************************************************************************************
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +  F  O  T  O    
ç ə k i l i ş
-lərini
aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 ***************************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )